vaxtlı-vaxtında oxuyun! Şənbə, 13 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
İran benzin bahalaşdı 12:58 | 13 dekabr 2025 | Şənbə Məqaləyə 92 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran benzin bahalaşdı

Yeni kvota müəyyən edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda yeni benzin qiymət sistemi qüvvəyə minib və 2019-cu ildən bəri ilk dəfə yanacaq bahalaşıb. Qərar iqtisadi sanksiyalar, yüksək inflyasiya və rialın dəyərdən düşməsi fonunda qəbul edilib.

 Vaxt.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, yeni qaydalara görə, sürücülər aylıq 60 litr subsidiyalı benzini litri təxminən 0,36 dollara ala biləcəklər. Növbəti 100 litr üçün qiymət 0,71 dollara yüksəlir, bu həddi aşan yanacaq isə litri 1,19 dollara satılacaq. Kvotadan artıq istehlak üçün qiymət 5 min (2 manat) tümən müəyyən edilib.

 Hökumət onlayn platformalarda fəaliyyət göstərən nəqliyyat vasitələri üçün aylıq 200 litr benzin və 95 litr ikili yanacaq limiti tətbiq edib. Sıfır emissiyalı yerli nəqliyyat vasitələri isə yalnız dəyəri 1 milyard tüməndən (13311 manat) az olduqda kvotaya tabe olacaq.