
Benzində talon sistemi
Rusiyada yanacaq ixracına qoyulan qadağa uzadıldı
Rusiyada yanacaq ixracına qoyulan qadağa uzadıldı
İlin əvvəlindən bəri 53 faiz artım
Bu il istifadəyə verilməsi planlaşdırılır
Türkiyədə yanacağın qiyməti qalxıb
Dizelin qiyməti isə dəyişməyib
İxrac məhdudiyyətləri 6 ay uzadıldı
ABŞ-da iyun ayında istehlak qiymətləri ötən illə müqayisədə 9,1 faiz bahalanıb
Artım istehlakçıların 9 faizinə təsir edib
Benzin qiymətinin mümkün artımını kim əsaslandırmalıdır...
Dünyada benzinin qiyməti ölkələrin tarixlərində rekordlar vurub
2030-ci ildən daxili yanma mühərrikli avtomobillər satılmayacaq
Avropa ölkəsində 1 litr yanacaq 3.5 manat olub
Qənaət etmək istəyərkən ziyana düşə bilərsiniz
Aİ-92 benzininin aksiz dərəcəsi endirilidi
1.5-1.6 manat oldu
SOCAR and-aman edir ki, ...
Azərbaycanda Aİ-95 “Premium” markalı benzinin qiyməti 0,4 manat bahalaşıb. Beləliklə, bu məhsulun yeni qiyməti iki manat olacaq. Benzinin qiymətinin artmasına səbəb dünya bazarlarında qiymət artımı olub. Aİ-95 premium markalı benzin bizdə istehsal olunmur, xaricdən gətirilir.
2021-ci ilin sentyabrından dünya bazarında neftin qiyməti təxminən 65 faiz bahalaşsa da, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti sabit qalıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin sentyabrından Türkiyədə Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən isə 93,2 faiz artıb. 2022-ci ilin mart ayından etibarən bu markalı benzinin qiyməti Rusiyada 77,8 faiz, Gürcüstanda 34,8 faiz, Qazaxıstanda 10 faiz, Türkiyədə 51,7 faiz artıb. Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da premium benzinin qiyməti 2021-ci ilin sentyabrından bəri 57,7 faiz artaraq bir litr üçün 1,33 dollara çatıb. Bu, ölkə tarixində ən yüksək qiymət səviyyəsidir. 2022-ci ilin mart ayına Avropanın neft istehsalçıları - Norveç və Böyük Britaniyadan Aİ-95 markalı benzinin satış qiyməti müvafiq olaraq 22,7 və 25,3 faiz artıb.
Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Digər markalı benzinlərin qiymətləri onların bazar qiymətindən asılıdır. Eyni zamanda, Aİ-95 markalı benzinin qiymətinin bahalaşması ölkədə malların dəyərinə təsir etməyəcək, çünki daşıyıcılar dizel yanacağı və Aİ-92 markalı benzindən istifadə edir. İctimai nəqliyyat, yükdaşıyan maşınlar, şəxsi avtomobillər, müxtəlif xidmət növləri üzrə avtomobillər yerli benzinlə doldurulur. Aİ-95 benzinindən ölkədə dəfələrlə az olan bahalı avtomobillər istifadə edir. (Trend.az)