vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
Benzində talon sistemi 07:47 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 27 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Benzində talon sistemi

Rusiyada yanacaq ixracına qoyulan qadağa uzadıldı

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada benzinin qiymətində artım davam etdiyi üçün hökumət benzin ixracı ilə bağlı qadağanı uzadıb.

Rusiya hökumətinin açıqlamasında bildirilib ki, daxili bazarda sabitliyin təmin olunması məqsədilə yeni qərar qəbul olunub.

Qərara əsasən, benzin ixracına qoyulan məhdudiyyətlər istehsalçılar və istehsalçı olmayan şirkətlər üçün 31 oktyabra qədər qüvvədə qalacaq. Bununla yanaşı, istehsalçılar üçün tətbiq edilən qadağanın 1 oktyabrdan etibarən aradan qaldırılması planlaşdırılır.

Xatırladaq ki, Rusiya hökuməti iyulun 28-də qiymətlərin rekord həddə yüksəlməsi fonunda benzin ixracını 31 avqusta qədər dayandırmışdı. Lakin qiymətlərdə artımın davam etməsi hökuməti yeni məhdudiyyətlər tətbiq etməyə məcbur edib.

Ekspertlərin fikrincə, ölkədə benzin qiymətlərində bahalaşmaya əsas səbəb neft emalı zavodlarına edilən pilotsuz uçuş aparatlarının hücumları və xüsusilə kənd təsərrüfatı sektorunda artan tələbatdır.

Dünyanın ən böyük enerji ixracatçılarından biri olan Rusiya hər il 40 milyon tondan çox benzin istehsal edir.