Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:10 | 29 may 2025 | Cümə axşamı
Məqaləyə 211 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Ölkədə yanacaq qıtlığı dərinləşir
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ-da yerləşən şirkət havadan benzin istehsal edən cihaz hazırlayıb. Soyuducu ölçülü cihazın bu il satışa çıxarılması gözlənilir. Dünyada avtomobillərin böyük əksəriyyəti hələ də benzinlə işləyir. Lakin onların karbon qazı buraxması və ətraf mühiti çirkləndirməsi başqa variantlara ehtiyac yaradıb.
Elektrikli nəqliyyat vasitələri ekoloji cəhətdən təmiz alternativlər kimi ortaya çıxsa da, infrastruktur problemləri və yüksək qiymətlər onların qəbuluna mane olur.
Mütəxəssislər bu problemləri həll etməyə çalışarkən, Nyu-Yorkda yerləşən yanacaq şirkəti Aircela, fosilsiz benzin istehsal edən cihaz hazırlayıb.
Təxminən sənaye soyuducusu boyda olan cihaz birbaşa karbon tutma texnologiyasından istifadə edir. İllərdir mövcud olan bu texnologiya, ümumiyyətlə, karbon qazını havadan udmaq və onu sintez etmək məqsədi daşıyır.
Bununla belə, “Aircela” cihazı udduğu karbonu birbaşa benzinə çevirir. Şirkət bu prosesdə qalıq yanacağa ehtiyac olmadığını və istehsal olunan yanacağın tərkibində kükürd, etanol və ya ağır metalların olmadığını iddia edir. Bundan əlavə, heç bir infrastruktur təkmilləşdirmədən bütün benzinlə işləyən mühərriklərdə istifadə oluna biləcəyi iddia edilir.
“Aircela”nın baş direktoru Erik Dahlqren verdiyi açıqlamada, “Biz prototip yaratmadıq. İşləyən qurğu yaratdıq”, – deyib.
Bir sözçünün “Popular Science”a verdiyi məlumata görə, maşın gündə təxminən 37 litr karbon qazı udmaq üçün nəzərdə tutulub və bu, təxminən 3,7 litr benzin istehsal etmək üçün kifayət edilə bilər.
O, həmçinin çənində 64 litrə qədər benzin saxlaya bilir. “Popular Science” jurnalının yazdığına görə, qurğu bir gecədə avtomobilin çənini doldurmaq gücünə malik deyil.
Sözçü maşının dəqiq qiymətini şərh etməsə də, “sərfəlilik çox vacibdir”, – deyib.
Yeni qurğu sərfəli və miqyaslı olması onun geniş yayılması üçün vacibdir. “Aircela” hesab edir ki, onun nisbətən kiçik ölçüsü onu daha ucuz və geniş miqyasda yerləşdirməyi daha sürətli edəcək. Dahlgren, “İnanırıq ki, yanaşmamız mümkün qədər çox insana və yerə karbonsuz yanacaq çatdırmağın ən sürətli yoludur”, – deyib.
“Aircela” maşının ilk tədarüklərinə 2025-ci ilin payızında başlamağı planlaşdırır.