“Qapınızı açmayın!”
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
23:52 | 12 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 1072 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Moskva bu sayaq səfərbərliyi əsasən milli azlıqların yaşadıqları yerlərdə aparır. Rusiyanın penitensiar müəssisələrində məhbuslarla rəftarı montorinq edən insan haqları qrupu bildirir ki, Şimali Qafqazdakı Adıge regionunda yüzlərlə kişi Ukrayna müharibəsində iştirak üçün səfərbər edilib.
Gulagu.net qrupunun rəhbəri Vladimir Oseçkin iyulun 11-də AzadlıqRadiosuna deyib ki, onun mənbəyi Tlustenxabldakı 1 nömrəli əmək-islah koloniyasından 300-dək məhkumun Vaqner özəl hərbi şirkəti tərəfindən Ukrayna mühatribəsinə səfərbər edildiyini bildirib.
Bundan bir gün əvvəl Gulagu.net Adıge Respublikasındakı həbsxanada məhbus olan keçmiş hüquq-mühafizə işçiləri ilə bağlı video dərc etmişdi.
Bu videoada məhbuslar koloniyada aparılan səfərbərlik kampaniyası barsəində danışırdılar.
Rusiyanı bir neçə il bundan əvvəl tərk etmiş Oseçkin hazırda Fransada yaşayır.
***
O bildirir ki, son vaxtlarda Rusiyanın 20 milli reogionundan olan məhbusların və ya keçmiş məhbusların müharibəyə səfərbər edilməsi kampaniyası ilə bağlı çoxsaylı şikayətlər daxil olur.
Oseçkin bunu da deyir ki, bu sayaq “aqressiv səfərbərlik” kampaniyası Ukrayna ilə həmsərhəd Rostov vilayətinin həbsxanalarında da aparılıb.
Bu da xəbər verilir ki, Rusiya qüvvələrinin Ukraynada verdikləri ağır itikilərlə bağlı Rusiya prezidenti Vladimir Putin ümumi səfərbərlik elan etmədən səfərbərliyin müxtəlif məxfi formalarını həyata keçirir.
Müşahidəçilərin sözlərinə görə Putin ölkədə ümumi səfərbətlik elan etməkdən çəkinir. Putin ehtiyat edir ki, bu, geniş etirazlara və ordudan kütləvi yayınmalara səbəb ola bilər.
Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya Ukraynadakı müharibədə 37,400 əsgər itirib.
Bu arada Azad Buryatiya insan haqları təşkilatı Buryatiya Respublikasından olan 150 əsgərin Ukrayna müharibəsində iştirakdan imtina etdiklərini və öz evlərinə qayıtdıqlarını bildirir.