
“Bu adi bir çərşənbə günü olmadı”
İsveçli nazir mətbuat konfransında huşunu itirdi
İsveçli nazir mətbuat konfransında huşunu itirdi
Daha bir Avropa ölkəsi qonşularına qoşuldu
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Yüzlərlə turist Türkiyədə hotellərdə çıxılmaz vəziyyətdə qaldı
Məhbuslar başqa ölkəyə göndəriləcək
Milyardlarla dollarlıq “F-35” qalmaqalı
Skandinaviya ölkələrində müharibə gərginliyi
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
İsveçlilər maralı köçünü 478 saat canlı yayımla izləyiblər
Qələbə günü rus irqçiliyinə ibadət mərasiminə çevrilib
Bərbər salonunda baş verən hadisədə 3 nəfər ölüb
“Qara dəniz hövzəsi ölkələri də nümunə götürə bilər”
Hitlerin doğum günündə üç nasist bayrağı asılıb
Hərbi xərclər Soyuq Müharibədən bəri ən yüksək səviyyəyə qalxıb
Turistlər üçün ən ucuz Laos, ən bahalı isə İsveçrə olub
İsveç müdafiəyə əlavə sərmayə qoymağa qərar verdi
İsveçdə xristian Samson ailəsinin iki qızı “telefon və makiyaj izni verilmədiyi” səbəbi ilə valideynlərindən alınıb. Üç ildir uşaqlarına qovuşa bilməyən ailə indi Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM)-dən ədalət gözləyir.
Vaxt.AZ yerli mətbuata istinadən xəbər verir ki, Hötebörqdə yaşayan rumın əsilli Daniel və Bianka Samsonun iki qızı, 2022-ci ildə “ailə içi təzyiq” iddiası ilə dövlət qorumasına alındı. Səbəb, kiçik qızları Saranın məktəbdə “ailəm mənə telefon almadı və makiyaj etməyə icazə vermədi” deməsi olub.
Saranın bu sözləri üzərində müəllimlər durumu sosial xidmətlərə bildirdi. Sosial xidmətlər bu hadisəni “ekstremizm” olaraq qiymətləndirərək qızları ailədən ayırdı.
Sara qısa müddət sonra sözlərinin yanlış başa düşüldüyünü və ailəsinin ona pis davranmadığını bildirdi, lakin sosial xidmətlər uşaqları geri verməyib.
Prokurorluq və iki müstəqil psixoloq tərəfindən hazırlanan hesabatlarda ailədə hər hansı sui-istifadə aşkarlanmadı, amma bu hesabatlar nəzərə alınmadı. Qızlar fərqli himayədar ailələrə yerləşdirildi və bir-biri ilə əlaqələri məhdudlaşdırıldı.
Qızların atası Daniel Samson, “Biz yalnız uşaqlarımızı inancımıza görə böyütdük. Onlara erkən yaşda telefon vermədik, makiyajı uyğun görmədik. Buna görə “ekstremist” kimi damğalandıq”, – deyib.
Qıalzrın anası Bianka Samson həyat yoldaşının sözünə qvvət kimi, “Uşaqlarımız bir-birindən ayrıldı, görüşmələrimiz məhdudlaşdırıldı. Artıq onların səsini belə eşidə bilmirik”, – deyib.
İsveçdə bütün yerli məhkəmələrdən nəticə ala bilməyən Samson ailəsi, 2025-ci ilin martında Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Müraciətdə İsveçin “valideyn hüquqlarını və dini azadlıqları pozduğu” vurğulanır.
“Bu dava yalnız bizim deyil, inancına görə uşaqlarından ayrılan bütün ailələrin davasıdır”, – Daniel Samson deyib.
Son illərdə İsveç, Norveç, Hollandiya və Fransa kimi ölkələrdə uşaqların qorunması orqanları “dini ayrı-seçkilik” və “həddən artıq müdaxilə” iddiaları ilə gündəmə gəlir. AİHM əvvəllər Norveç və İspaniyadakı oxşar davalarda ailələrin hüquqlarının pozulduğuna qərar vermişdi.
“Biz yalnız uşaqlarımızı sevirik. İnancımıza görə cəzalandırıldıq. Bu, inancı səbəbi ilə uşaqlarından ayrılan bütün ailələrin hekayəsidir”, – Samson ailəsi vurğulayıb.