
İsveçdə iki qızı zorla ailəsindən ayırdılar
Kiçik qızına makiyaj etdirməyən ata və ana valideynlər hüquqlarından məhrum edildi
Kiçik qızına makiyaj etdirməyən ata və ana valideynlər hüquqlarından məhrum edildi
Norveçdə hava limanı bağlandı, uçuşların istiqaməti dəyişdirildi
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
İsveçli nazir mətbuat konfransında huşunu itirdi
Daha bir Avropa ölkəsi qonşularına qoşuldu
Avropa Komissiyası adaya maliyyə dəstəyini ikiqat artırdı
Norveçin hakim partiyası ümumi seçkilərdə qələbə qazandı
ABŞ-dan Danimarkaya “sakit olun” mesajı
Dünyanın ilk "karbon qəbiristanlığı" Norveçdə açıldı
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Oxuma səviyyəsinin düşməsi Danimarkanı hərəkətə gətirdi
Yüzlərlə turist Türkiyədə hotellərdə çıxılmaz vəziyyətdə qaldı
Skandinaviya ölkələri belə istidən yanır
Məhbuslar başqa ölkəyə göndəriləcək
“Hər şeyə şübhə ilə yanaşmalıyıq”
Təxribat və müharibə ehtimalının artdığı bir vaxtda Skandinaviya ölkələri də bir-bir tam əhatəli müdafiə strategiyalarına müraciət edirlər. Hökumətlər insanlardan ən azı yeddi gün davam edəcək qida və su ehtiyatı saxlamağı xahiş edir.
Norveçdə yerli hakimiyyət orqanları öz bələdiyyələrini müharibəyə hazırlayır.
Bu hazırlıq çərçivəsində Soyuq müharibə dövründən qalma bunkerlər təmizlənib, yeni peyk rabitə sistemi quraşdırılıb və münaqişə vəziyyətində Qərb qüvvələrinin yerləşdirilməsinə kömək etmək üçün ordu ilə birlikdə planlar hazırlanmağa başlanıb.
Skandinaviya ölkələrinin hökumətləri müdafiə xərclərini artırır, təhlükəsizliyi yenidən qiymətləndirir və tam əhatəli müdafiə konsepsiyasını irəli sürür.
***
Tam əhatəli müdafiə bütün cəmiyyəti hərbi təhlükələrdən müdafiəyə səfərbər edən yanaşma hesab olunur. Qərb rəsmiləri Rusiyanı təxribat, yandırma və kiberhücum təhdidlərinin arxasında durmaqda ittiham edir. Avropanın ABŞ-a tərəfdaş kimi etibar edib-etməyəcəyi ilə bağlı bütün qitədə narahatlıqlar var.
***
Norveç hökuməti may ayında ilk milli təhlükəsizlik strategiyasını dərc edərək, ölkənin İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükəsizlik vəziyyəti ilə üzləşdiyini bildirib.
Norveçin baş naziri Yonas Qahr Store “The Associated Press” agentliyinə, "Ukraynada baş verənlər hamı üçün xəbərdarlıq olmalıdır və biz belə bir şeyin başımıza gəlməsinin qarşısını almaq üçün müdafiəmizi gücləndirməliyik”, – deyib.
Norveç və bəzi Skandinaviya ölkələri öz vətəndaşlarına 7 gün ərzində kifayət qədər qida və su tapmalarını söyləyirlər.
Norveçdə nəşr olunan kitabçada belə suallar yer alır: "Enerji uzun müddət kəsilsə, siz və ailəniz bunun öhdəsindən necə gələrdiniz? Su təchizatı kəsilsə, nə edərdiniz?"
***
Norveç 1998-ci ildə dayandırdığı bomba sığınacaqlarını yanvarda bərpa edib. Hökumət yeni binalarda sığınacaqlar tikməyə başlayacağını açıqlayıb. İsveç hökuməti ilk mülki müdafiə nazirini 2022-ci ildə, Rusiyanın Ukraynanı işğal etməsindən az sonra təyin edilib.
Yaşı 16 ilə 70 arasında olan sakinlər hərbi xidmətdə olmalı və ya müharibə təhlükəsi yarandıqda xilasetmə, yanğınsöndürmə, səhiyyə və ya digər xidmətlər göstərməlidirlər.
Finlandiyanın mülki müdafiə sığınacaqları öz növünün ən güclülərindəndir və ölkə əhalisinin təxminən 86 faizini kifayət qədər sığınacaqla təmin etmək üçün nəzərdə tutulub.