
Rusiya ilə sərhəddə təşviş
“Hər şeyə şübhə ilə yanaşmalıyıq”
“Hər şeyə şübhə ilə yanaşmalıyıq”
Hər gecəyə 3 faiz əlavə pul ödənəcək
Skandinaviya ölkələrində müharibə gərginliyi
... Nə bağ bildi, nə də bağban
İsveçlilər maralı köçünü 478 saat canlı yayımla izləyiblər
“Qara dəniz hövzəsi ölkələri də nümunə götürə bilər”
İslandiyada ən böyük ov şirkəti tələbatın azlığı səbəbindən ikinci ildir ova çıxmır
Norveçdə transformator stansiyasında təxribat şübhəsi
Britaniya və Norveç Avropanın təhlükəsizliyini gücləndirmək üçün yeni müdafiə anlaşma üzrə danışıqlara başlayır
İki XİN rəhbəri telefonla danışıb
Parlament boşaldılıb
Norveç baş nazirindən Ankaraya dəstək mesajı
Norveçin qəfil “erməni eşqi”nin səbəbi bəlli oldu
Atışma nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb
Norveç Ukraynaya hərbi yardım üçün 42 milyon dollar verəcək
Vladimir Zelenski Norveçdən gəmilərə qarşı silah istəyir
Avropanın şimalı – soyuq və səssiz Skandinaviya – bu yay görünməmiş istidən əziyyət çəkir. Arktik dairədə belə 30 dərəcəlik temperatur qeydə alınıb. İqlim dəyişikliyinin sərt təsirləri bu dəfə ən hazırlıqsız regionu vurub.
Vaxt.az xəbər verir ki, Norveçin Arktik dairəsinə daxil olan hava müşahidə stansiyalarında iyul ayı ərzində 13 gün ardıcıl olaraq 30 dərəcədən yüksək temperatur ölçülüb. Finlandiyada isə 3 həftə ərzində davamlı olaraq 30°C ətrafında isti hava hökm sürüb.
“Bu, əvvəlki rekordu ikiqat üstələdi”
Finlandiya Meteorologiya İnstitutunun iqlim üzrə mütəxəssisi Mika Rantanen bildirib ki, bu, 1961-ci ildən bəri qeydə alınan ən uzun və intensiv isti hava dalğasıdır: “Gerçəkdən misli görünməmiş bir istilik dalğası ilə qarşı-qarşıyayıq. Bu gün temperatur 32–33°C arasında dəyişirdi”.
Araşdırmalara görə, yeni dalğa əvvəlki rekordları 50 faiz üstələyib.
Soyuq üçün qurulmuş infrastruktur istiliyə davam gətirmir
İstilik dalğası, əsasən soyuğa uyğunlaşdırılmış Skandinaviya ölkələrinin infrastrukturunu iflic edir. Enerji şəbəkələri, yollar və ictimai nəqliyyat sistemləri bu cür temperatur dəyişikliyinə uyğunlaşdırılmayıb. Bu da əhalini hazırlıqsız yaxalayır.
Mütəxəssislər bildirirlər ki, İngiltərə, Norveç və İsveçrə kimi ölkələr iqlim dəyişikliyi fonunda ən çox isti gün artımı yaşayacaq bölgələr arasındadır. Lakin bu ölkələrdə hələ də yüksək temperatura qarşı dayanıqlı şəhər planlaşdırılması və fövqəladə tədbirlər kifayət qədər deyil.