
Ticarət danışıqlarında son vəziyyət
Yaponiya qurtuldu, Hindistan isə nikbindir
Yaponiya qurtuldu, Hindistan isə nikbindir
Yaponiya mediasında yeni detallar
Rüsumların endirilməsi əhəmiyyətli artıma səbəb oldu
Bütün məhsullara eyni tarif tətbiq olunacaq
“Bizim üçün önəmli olan – amerikalılar üçün ən yaxşı razılaşmadır”
Yaponiyada siyasi qeyri-müəyyənlik dərinləşir
Mavi Laqun təxliyə edildi
“Hər şeyə şübhə ilə yanaşmalıyıq”
Yaponiya nadir torpaq elementlərinə çıxış istəyir
“ABŞ-da istehsal edilərsə, heç bir tarif tətbiq edilməyəcək”
1 illik zəlzələ planı 2 həftədə doldu
Təlimdə 300 əsgər iştirak edib
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Yapon alimləri autizmə səbəb olan genetik qüsur tapıblar
Anbarlardakı ehtiyatlardan 200 min ton çıxarılacaq
Çinin iki təyyarədaşıyan gəmisi göründü
İslandiyanın ən böyük balina ovçuluğu şirkəti – “Hvalur HF” bu mövsüm ova çıxmayacaq. Bu, ov qadağasının ləğv edildiyi yay mövsümündə şirkətin balina ovlamayacağı ikinci ildir.
İslandiyada balina ovuna icazə verilən yeganə şirkət olmasa da, “Hvalur” bu mövsüm 200 üzgəcli balina ovlamaq icazəsi ilə ölkənin ən böyük şirkətidir. Şirkətin baş direktoru Kristian Loftsson bildirib ki, qlobal iqtisadi vəziyyətlə əlaqədar qəbul edilən qərar işçilərə çatdırılıb.
“Mövcud iqtisadi vəziyyəti nəzərə alaraq, “Hvalur HF” limanda qalmaqdan və daha yaxşı vaxtları gözləməkdən başqa bir seçim görmür. Vəziyyət gələn il yenidən qiymətləndiriləcək”, – Loftsson İslandiya mətbuatına bildirib.
Loftsson, “Hvalur HF”nin bütün məhsullarını satdığı Yaponiyada iqtisadi vəziyyətin balina ovunun artıq iqtisadi cəhətdən sərfəli olmadığı bir nöqtəyə çatdığını söyləyib.
“Əsas bazarımız olan Yaponiyada məhsul qiymətləri son vaxtlar çox düşüb və getdikcə pisləşir. Məhsullarımızın qiyməti indi o qədər aşağıdır ki, ova çıxmağın heç bir məna yoxdur”, – Loftsson deyib.
Şirkət həmçinin ötən mövsüm balina ovuna getməmək qərarına gəlib. Çox siyasi bir hərəkətlə, o zamankı Kənd Təsərrüfatı və Balıqçılıq Naziri Svandis Svavarsdottir, mövsümün başlamasına bir gün qalmış icazə verdi.
Svavarsdottir həmçinin bildirmişdi ki, 2024-cü ildən sonra, mövcud kvotaların müddəti bitdikdən sonra balina ovuna icazə vermək üçün “çox az əsaslandırma” var.
Bunun ardınca tələbin azalması və ölkə rəhbərliyinin sərt tənqidləri səbəbindən balina ovuna 2024-cü ildən sonra son qoyulacağı açıqlamışdı. Lakin sonradan edilən bəzi dəyişikliklərlə balina ovuna edilən yeni qaydalarla davam etdirilməsinə qərar verildi.
Loftsson bildirib ki, icazənin gec verilməsi şirkətin 2024-cü ildə fəaliyyətini düzgün planlaşdırmasını və idarə etməsini qeyri-mümkün etdi.
Balina ovu İslandiyada aktual mövzu olmaqda davam edir. Camaat bu təcrübəni dəstəkləyib-dəstəkləməmək barədə fikir ayrılığına düşüb.
Balina ovu təcrübəsinə icazə verən yalnız üç ölkə var: İslandiya, Norveç və Yaponiya.
İslandiyada balina ovu mövsümü ümumiyyətlə iyunun ortalarından sentyabr ayına qədər davam edir. Amma son illərdə İslandiya balina ovçuları öz kvotalarını doldurmaqda çətinlik çəkirdilər.
İslandiyanın ikinci ən böyük balina ovu şirkəti “IP-Utgerd”, “COVID-19” pandemiyası səbəbindən mənfəətin və balina ətinə tələbatın azaldığını əsas gətirərək 2020-ci ildə fəaliyyətini dayandırdı.