Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:29 | 18 aprel 2025 | Cümə
Məqaləyə 268 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
“The Wall Street Journal” (WSJ) bildirib ki, ABŞ Suriya hökumətindən məhdud sanksiyaların aradan qaldırılması müqabilində ekstremistlərə qarşı tədbir görməyi və ölkədəki fələstinli qrupları qovmağı tələb edib.
Qəzetin yazdığına görə, məsələ ilə bağlı məlumatlı rəsmilər WSJ-yə bildiriblər ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Suriyada yeni administrasiyadan tələb etdiklərini özündə əks etdirən siyasət direktivi hazırlayıb.
Rəsmilər, direktivin devrilmiş rejimdən qalan kimyəvi silahların qorunması, uran ehtiyatlarının təmin edilməsi və Suriyada itkin düşmüş 14 ABŞ vətəndaşının tapılması üçün əlaqə zabitinin təyin edilməsi üçün Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı ilə işləmək tələblərinin olduğunu bildirib.
Rəsmilər həmçinin iddia edib ki, Tramp administrasiyası bu tələblərə əlavə olaraq Dəməşq hökumətindən ekstremistləri sıxışdırmağı, ölkədə fələstinli qrupların pul toplaması kimi fəaliyyətləri qadağan etməyi və bu qrupları ölkədən çıxarmağı xahiş edib.
Rəsmilər bildiriblər ki, Dəməşqdən ölkədəki ekstremistlərə qarşı açıq bəyanatla çıxış etməsi də istənilib və bunun müqabilində ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının Suriyaya yardım axınını sürətləndirmək məqsədi ilə verdiyi dar əhatəli sanksiyalardan azad edilməsini nəzərdən keçirəcəklər.
Rəsmilər iddia edib ki, Suriya rəhbərliyi ABŞ-ın tələbləri istiqamətində addımlar atsa, Tramp administrasiyası Suriyanın ərazi bütövlüyünü açıq şəkildə tanıyacaq, diplomatik əlaqələri bərpa edəcək və bəzi adları yeni administrasiyanın gündəmindən terrorçular siyahısından çıxaracaq.
ABŞ Dövlət Departamentinin rəsmisi də “WSJ”yə yeni tələblərlə bağlı açıqlama verib: “Birləşmiş Ştatlar hazırda Suriyadakı heç bir qurumu qanuni hökumət kimi tanımır. Suriyanın müvəqqəti hakimiyyət orqanları terroru tamamilə rədd etməli və yatırmalıdır”.
Digər tərəfdən, direktivdə Rusiyanın Suriyadakı hərbi varlığına və iki ölkə arasındakı əlaqələrə dair heç bir ifadənin yer almadığına diqqət çəkən səlahiyyətlilər, Tramp administrasiyasının Rusiya hərbi bazalarının ölkədən çıxarılması ilə bağlı Suriya hökumətinə qarşı təzyiqlərdən hələlik imtina etdiyini iddia ediblər.