Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
15:51 | 18 aprel 2025 | Cümə
Məqaləyə 312 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
12 günlük müharibədən sonra 21 min həbs
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Epilepsiya və narahatlıq əleyhinə istifadə olunan “Lyrica” qeyri-qanuni dövriyyədə sürətlə yayılır
Leipzigə məcburi eniş
Minlərlə məhbus azadlığa buraxılacaq
Avropa ölkəsində minlərlə insan narkotikdən ölür
Hamburqda yaşayan üç qardaş (28, 35 və 37 yaşlı) saxta Viaqra və müxtəlif qanunsuz maddələr sataraq yüz minlərlə avro qazanıblar. Lakin bu cinayət zənciri gömrük müfəttişlərinin həyata keçirdiyi genişmiqyaslı əməliyyatla başa çatıb. Üç qardaş həbs edilib. Üçlük təkcə saxta “Viagra” deyil, həm də dopinq məhsulları, “Ecstasy”, kokain kimi narkotik vasitələr satırmışlar.
Üç əyalətdə eyni vaxtda basqın
Martın sonunda Almaniyanın üç müxtəlif ştatında (Hamburq, Şlezviq-Holşteyn və Saksoniya) 16 anbar və yaşayış məntəqəsinə basqın edilib. Əməliyyatda xüsusi əməliyyat qrupları da daxil olmaqla, ümumilikdə 200 hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib.
Reydlər zamanı müsadirələr – 189.000 avro nağd pul, 40.000 saxta “Viagra” həbi, təxminən 1 kilo “Ekstazi”, kokain, 47.000 avro dəyərində qızıl, bir “Rolex” saatı, lüks brend geyim, iki lüks avtomobil, və saxta blanklar diqqəti çəkib.
***
“Viagra” adətən reseptlə satılır və aptekdə təxminən 18 avroya başa gəlir. Bununla belə, qanunsuz olaraq satılan saxta versiyalar 80 avroya qədər alıcı tapa bilər. Bu məhsulların bir çoxu Şərqi Avropada yeraltı laboratoriyalarda antisanitar şəraitdə istehsal olunur və sağlamlıq üçün ciddi risklər yaradır.
Sifariş sistemi poçt vasitəsilə aparılırmış
Üç qardaş poçt və yük xidmətləri vasitəsilə kokain kimi maddələr satırmış. Müştərilər nağd pul göndərir və əvəzində tərkibində qeyri-qanuni maddələr olan bağlamalar alırmış. Sifarişlər ümumiyyətlə onlayn verilirdi; lakin bu mövzuda da heç bir təfərrüat verilməyib.
Səlahiyyətlilər dəstəni kiçik bir satıcı həbs edildikdən sonra aşkar ediblər. Aylarla davam edən araşdırmadan sonra əməliyyat keçirilib və üç qardaş hazırda həbsdə saxlanılaraq mühakimə olunurlar. Eyni zamanda Bavariyada daha bir narkotik alverçisi tutulub.