vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
İllik 1.5 milyon ton tullantı saxlayacaq 19:18 | 27 avqust 2025 | Çərşənbə Məqaləyə 97 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İllik 1.5 milyon ton tullantı saxlayacaq

Dünyanın ilk "karbon qəbiristanlığı" Norveçdə açıldı

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Northern Lights” adlı konsorsium, Avropadan tutulan karbondioksiti dəniz dibinə yerləşdirdi. Bu, iqlim dəyişiklikləri ilə mübarizədə ilk kommersiya karbon saxlama əməliyyatı oldu.

Norveç sahillərində, Şimal Dənizi dibinə dünyanın ilk kommersiya karbondioksit yerləşdirilməsi həyata keçirildi. “Northern Lights” konsorsiumu iki gün əvvəl açıqladı ki, yerləşdirilən karbondioksit Norveçin cənub-şərqində, Breyvikdə yerləşən Almaniyanın “Heidelberg Materials” sement zavodundan gəlib.

“Equinor”, “Shell” və “TotalEnergies” şirkətlərinin rəhbərlik etdiyi “Northern Lights” layihəsi, Avropadakı müxtəlif zavodlardan tutulan karbondioksiti daşıyaraq dəniz dibində təhlükəsiz şəkildə saxlamağı hədəfləyir. Məqsəd, buraxılan karbonun atmosferə qarışmasının qarşısını alaraq iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verməkdir.

“Northern Lights”ın baş direktoru Tim Heijn deyib ki, “Karbondioksiti təhlükəsiz şəkildə rezervuara yerləşdirib saxladıq. Gəmilərimiz, qurğularımız və quyularımız əməliyyatdadır.”

 

İqlim dəyişikliklərinin həlli dəniz dibindəmi?

 

Karbondioksit zavodlarda tutulduqdan sonra mayeləşdirilir və Norveçin qərbində, Bergen yaxınlığındakı Oyqarden terminalına daşınır. Burada böyük tankerlərə köçürülür və sonra təxminən 2,6 kilometr dərinlikdəki dəniz dibinə, 110 kilometrlik boru xətti vasitəsilə daşınaraq daimi olaraq “basdırılır”.

Karbondioksitin tutulması və saxlanması (CCS) texnologiyası, BMT-nin İqlim Dəyişiklikləri Paneli (IPCC) və Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən iqlim vasitələri arasında qiymətləndirilir. Bu üsul, xüsusilə sement və polad kimi karbon izi azaldılması çətin olan sənayelər üçün böyük əhəmiyyət kəsb edir.

Lakin CCS texnologiyası hələ mürəkkəb və baha başa gələn bir prosesdir. Maliyyə dəstəyi olmadan şirkətlər karbondioksiti tutub saxlamaq yerinə, Avropa karbon bazarından “çirkləndirmə icazəsi” almağı daha sərfəli hesab edirlər. “Çirkləndirmə icazəsi” üçün ödənilən vəsait isə ekoloji layihələrin maliyyələşdirilməsində istifadə olunur.

“Northern Lights” indiyə qədər Avropada yalnız üç kommersiya müqaviləsi bağlayıb. Konsorsium, Hollandiyadakı Yara amonyak zavodu, Danimarkadakı iki Orsted bioyanacaq zavodu və İsveçdəki “Stockholm Exergi” istilik stansiyası ilə razılaşma əldə edib.

Norveç dövləti tərəfindən böyük ölçüdə maliyyələşdirilən “Northern Lights” illik 1,5 milyon ton karbondioksit saxlama tutumuna malikdir. Tutumun bu on ilin sonuna qədər 5 milyon tona yüksəldilməsi planlaşdırılır.