vaxtlı-vaxtında oxuyun! Cümə, 23 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
OLAY  
135 metrlik gəmi bağa girdi ... 13:51 | 23 may 2025 | Cümə Məqaləyə 103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

135 metrlik gəmi bağa girdi ...

... Nə bağ bildi, nə də bağban

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Norveçin Trondheim yaxınlığındakı ev sahibi günə çox fərqli başlayıb. 135 metr uzunluğundakı yük gəmisini ilk dəfə bağçasında görəndə gözlərinə inanmayıb.

Norveçin Byneset bölgəsində baş verən hadisədə Cənubi Kipr bayrağı altında üzən “NCL Salten” adlı yük gəmisi Orkanger limanına doğru hərəkət edərkən yolundan çıxaraq quruya çıxıb. Gəmi səhər saat 5:00 radələrində Trondheim körfəzinə (fyord) girdikdən az sonra sahilə çıxıb və bir evin yanında dayana bilib.

***

Norveçli bir kişi cümə axşamı səhəri həmişəkindən daha tez oyanaraq bağında nəhəng konteyner gəmisi görüb. 135 metrlik “NCL Salten” ilə üz-üzə olan Yohan Helberq gəminin az qala evinə dirəndiyini görüb.

Bir neçə metr aralıda dayanan Helberqin evinə gəminin niyə gəldiyi məlum deyil.

Trondheim yaxınlığındakı fiyordda baş verən hadisəni TV2-yə izah edən Helberq gəmini əvvəlcə qapı zəngini bir neçə dəfə basan, sonra isə telefonla zəng edən qonşusu sayəsində fərq etdiyini bildirib.

“Qapını açmağı sevmədiyim bir saatda qapının zəngini çaldı” dedi.

Aparıcı Yohan Helberq İngiltərə mətbuatına öz təcrübəsini belə izah edib: “Qapım döyüldü və qonşum məni yuxudan oyatdı. “Pəncərəyə çıxdım və nəhəng bir gəmi görəndə çox təəccübləndim. Bu, inanılmaz idi. Gəminin zirvəsini görmək üçün boynumu bükməli oldum”, – deyə Helberq İngiltərənin “The Guardian”a bildirib.

Helberq 25 ildir eyni evdə yaşadığını və ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını deyib: “Adətən fyord boyu gəmilər istiqamət dəyişir. Bu dəfə o, az qala evimin sərhəddinə gəlib çıxmışdı”.

Qonşu Yosteyn Yorgensen səhər saat 5 radələrində tam sürətlə onlara doğru gələn gəminin səsinə oyandığını və dərhal Helberqin evinə qaçdığını söylədi.

Mən onun artıq evi tərk etdiyinə əmin idim, amma yox, həyat əlaməti yox idi. Qapının zəngini çalmağa davam etdim, amma qapı bağlı idi... Ona ancaq telefonla zəng edəndə çata bildim.

***

Yük gəmisinin sahibi olan “North Sea Container Line” (NCL) şirkəti hadisənin qəsdən baş vermədiyini və daxili araşdırma başlatdıqlarını açıqlayıb. “Biz xəsarət alanların olmadığını eşitməkdən məmnunuq. Hazırda diqqətimiz ekipajımızın və yerli ictimaiyyətin təhlükəsizliyinə yönəlib”, – şirkətin baş direktoru Bente Hetland bildirib.

Bununla belə, hadisənin ən diqqət çəkən tərəfi hələ də qüvvədə qalır. Gəmi hələ də evin bağçasındadır...

Səlahiyyətlilər gəmini ilişib qaldığı yerdən çıxarmaq üçün ilkin cəhdlərdən heç bir nəticə əldə edə bilməyib. Qruplar, dalğanın gücləndiyi axşam saatlarında yeni bir xilasetmə cəhdi edəcəklərini açıqlayıblar.

***

Bildirilir ki, Kipr bayrağı altında üzən gəmidə olan işçilər arasında Norveç, Litva, Ukrayna və Rusiya vətəndaşları da var. Hadisə zamanı nə gəmidə olan 16 nəfər, nə də quruda olanlar xəsarət almayıb. Neft sızıntısının olmadığı bildirilir. Norveç polisi araşdırmalara başlayıb və gəminin niyə quruya çıxdığını araşdırır.

Trondelaq polisinin sözçüsü Per Kristian Stokke təyyarədə olan bir nəfərin şübhəli olduğunu bildirib.

Gəminin sahibi, North Sea Container Line (NCL) də araşdırmaya başladıqlarını söylədi və əlavə etdi: “Bunun qəsdən olduğuna inanmaq üçün heç bir səbəb yoxdur”.