
Həyat kosmosdan gəlmiş ola bilər
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
Onu nə vaxt və harada izləmək olar?
“James Webb”in təəccüblü Pluton kəşfi
Alimlərin Qırmızı Planeti yaşıllaşdırma planı
Qırmızı planetdəki “sirli” xətlərin arxasındakı həqiqətin fərqli olduğu ortaya çıxdı
Çin kosmosa “Tienvin-2” asteroid zondu göndərdi
İki qalaktika arasında radiasiya müharibəsi
“Apollon 13”ü xilas edən qəhrəman vəfat edib
Mikroorqanizmlər kosmik mühitin canlılara necə təsir etdiyini başa düşməyə kömək edə bilər
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
20 il əvvəl kosmik partlayış elementlərin əmələ gəlməsində mühüm rol oynayır
Stiven Hokinq ölümündən qısa müddət əvvəl dünya üçün dəhşətli proqnoz verib
Qiymətli metalın necə əmələ gəldiyinə dair yeni iz tapıldı
23 ildir araşdırılan göy cisminə dair yeni əlamətlər aşkar edilib
Köhnə peyklər ozon təbəqəsini məhv edir
Kosmos-zaman anlayışı kvant məlumatının məhsulu ola bilər
Dünya məşhur fizik Stiven Hokinqin illər öncə etdiyi kosmik xəbərdarlığını yenidən xatırlayır. Son günlərdə Yerə doğru yaxınlaşdığı bildirilən sirli bir göy cisminin “düşmən UFO” ola biləcəyi iddiaları, Hokinqin yadplanetlilərlə təmas mövzusunda dediklərini yenidən gündəmə gətirib.
2018-ci ildə vəfat edən tanınmış nəzəri fizik Stiven Hokinq, bəşəriyyətin yadplanetlilərlə təmas qurmağa çalışmasının fəlakətlə nəticələnə biləcəyini demişdi. Onun fikrincə, inkişaf etmiş sivilizasiyalar, daha zəif və texnoloji baxımdan geridə qalan cəmiyyətləri məhv etməyə meylli ola bilər.
“Diqqət çəkməməliyik”
2004-cü ildə verdiyi açıqlamada Hokinq belə demişdi: “Yadplanetlilər çox böyük ehtimalla bizdən qat-qat inkişaf etmiş olacaqlar. Bu planetdə inkişaf etmiş irq ilə daha ibtidai xalqların qarşılaşmasının tarixçəsi heç də ürəkaçan olmayıb – halbuki onlar eyni növdən idilər. Məncə, biz başımızı aşağı salmalı, diqqət çəkməməliyik”.
Stiven Hokinq insanlığın özünü kosmosa tanıtmaq əvəzinə, yadplanetlilərin siqnallarını passiv şəkildə dinləməsinin daha təhlükəsiz olduğunu düşünürdü. Onun bu xəbərdarlığı, yaxın günlərdə “zəka tələsi” anlayışını tədqiq edən beynəlxalq tədqiqat qrupunun araşdırması fonunda yenidən müzakirə olunur.
Zəka tələsi nədir?
Zəka tələsi anlayışı, həddindən artıq özünəinamın bəzən təhlükəli nəticələr doğura biləcəyini vurğulayır. UFO ilə uğurlu bir təmas, bəlkə də bəşəriyyətin sonunu gətirəcək bir yadplanetli irqinin diqqətini cəlb edə bilər.
Hokinq ömrünün sonuna qədər bu mövzuda xəbərdarlıq etməyə davam etmişdi. 2016-cı ildə o, Yerdən 16 işıq ili uzaqlıqdakı “Gliese 832c” planetində ağıllı həyat formalarının ola biləcəyini demiş, lakin bu cür bir mədəniyyətlə təmasın Xristof Kolumbun Amerikaya ayaq basması ilə nəticələnə biləcəyini xatırlatmışdı.
“Düşmən UFO yaxınlaşır” iddiası
Hokinqin bu xəbərdarlıqları, Harvard Universitetindən məşhur astrofizik professor Avi Loebin sözləri ilə yeni aktuallıq qazanıb. Loeb, 2024-cü ilin dekabrında Yerə yaxınlaşacaq olan 3I/ATLAS adlı göy cisminin süni və düşmən yönümlü bir UFO ola biləcəyini irəli sürüb.
Bəzi astronomlar həmin obyektin nəhəng bir quyruqluulduz olduğunu bildirsələr də, Loeb cismin trayektoriyasının xüsusilə Venera, Mars və Yupiterə yaxın keçməsini şübhə doğuracaq dərəcədə qəribə hesab edir.
Yer planetinin kolonizasiyası təhlükəsi
2024-cü ildə ABŞ və İranlı tədqiqatçılar tərəfindən “Journal of Biomedical Physics and Engineering” jurnalında dərc olunan məqalədə belə yazılıb: “Mərhum Stiven Hokinq, inkişaf etmiş bir yadplanetli mədəniyyətlə birbaşa təmasın, qaçılmaz olaraq Yer planetinin kolonizasiya olunması ilə nəticələnəcəyinə inanırdı”.
Bəzi alimlər yadplanetlilərlə təmasın böyük faydalar verə biləcəyini düşünsə də, bu araşdırmanın müəllifləri Hokinqin ehtiyatlı yanaşmasını dəstəkləyirlər. Onlar Yerin koordinatlarının digər sivilizasiyalara ötürülməsini “taktiki səhv” adlandırırlar.