
AB-dən Çinə qarşı sanksiya hazırlığı
Diplomatik gərginlik artır
Diplomatik gərginlik artır
Azərbaycan ilə Çin universitetləri arasında ilk ikili diplom proqramının icrasına başlanılıb
“Bir ölkənin apardığı ticarət müharibələri dünya iqtisadiyyatının tarazlığını pozur”
Proses hara gedir, Azərbaycan nə istəyir?
Çin avqustda nadir torpaq metalları ixracını aşağı salıb
Çin və Rusiya dünya nizamına başçılıq etmək istəyir
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
ABŞ TSMC-nin Çinə ixrac güzəştlərini ləğv etdi
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Üçüncü baş nazir də vəzifəsini itirdi
Tayland vətəndaş qarışıqlığı bəhanəsilə bölgəyə ordu yeritdi
Krallıqda siyasi xaos – Tayland Baş naziri bircə il vəzifədə qala bildi
Çin süni intellekt sahəsində rəqabətə qarşı xəbərdarlıq etdi
Çin yuanın dəyər qazanmasına icazə verir
Baş nazirin kimlərlə görüşəcəyi bilinmir
Avropa Komissiyasının Qrenlandiyaya maliyyə dəstəyini ikiqat artırmaq təklifi, Rusiyanın, Çinin və ABŞ-ın bölgədəki maraqları qarşısında Avropa Birliyinin (AB) strateji mənafelərini qorumaqda dönüş nöqtəsi kimi qiymətləndirilir.
Bu, Avropanın Arktika bölgəsindəki iddialarına dair güclü mesaj xarakteri daşıyır. Ötən həftə Avropa Komissiyası, növbəti AB büdcəsi çərçivəsində Qrenlandiyaya maliyyə yardımının ikiqat artırılmasını təklif edib.
2028–2034 çoxillik maliyyə çərçivəsi çərçivəsində Komissiya Qrenlandiyaya 530 milyon avrodan artıq vəsait ayırmağı planlaşdırır.
Yeni dəniz yolu
İqlim dəyişikliyi Şimal Dəniz Yolunun istifadəsini asanlaşdırdığından, yüklərin buzqıranlar olmadan daşınması mümkün olur. Bu marşrut Avropa ilə Asiya arasındakı məsafəni xeyli qısaldır. 2023-cü ildə bu yoldan 35 milyon ton yük daşınıb ki, bu da rekord göstəricidir.
“NCT Consultants” şirkətinin təhlükəsizlik və müdafiə analitiki Yan Kavalluççi “Euronews”ə bildirib:
“Şimal marşrutu Pekinlə Rotterdam arasında Malakka boğazı, Süveyş kanalı və Ədən körfəzi üzərindən keçən ənənəvi marşrutdan qat-qat əlverişlidir. Çünki ənənəvi marşrut 30–50% daha uzun, 14–20 gün daha vaxt aparır”.
Bəzi analitiklər isə qeyd edir ki, bu şimal marşrutu hələlik Süveyş kanalı qədər böyük həcmli ticarət yaratmayıb. Elə həmin dövrdə Süveyş kanalı ilə 1,6 milyard ton yük daşınıb.
Çin və Arktika
Çin özünü Arktikaya yaxın ölkə kimi təqdim edir. Pekin hətta 2018-ci ildə “Kutup İpək Yolu” strategiyasını açıqlamışdı.
AB üçün Çinlə Arktikada əməkdaşlıq strateji baxımdan önəmlidir. Geosiyasi gərginliklər davam etsə də, 2024-cü ildə Çin AB-nin ən böyük idxal tərəfdaşı olub və ümumi idxalatın 21,3%-ni təşkil edib.
Lakin marşrut göründüyü qədər sadə deyil. Şimal dəniz yolunun 53%-i Rusiyanın sahillərindən keçir. Kreml isə eksklüziv iqtisadi zonasını genişləndirməyə çalışır ki, bu da beynəlxalq dəniz hüququnu çətinləşdirir.
Arktikanın hərbiləşməsi
Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğalından sonra bölgədə hərbiləşmə artıb. Arktika onsuz da Rusiyanın Şimal Donanmasına ev sahibliyi edirdi. Finlandiya və İsveçin NATO-ya qoşulması ilə Alyans Rusiyaya daha da yaxınlaşıb.
Yan Kavalluççi bildirib: “Əslində ABŞ-ın Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləməsinin səbəblərindən biri də Soyuq müharibədən sonra öz Arktika imkanlarını azaltması və bölgəyə yetərincə sərmayə qoymaması idi”.
Onun sözlərinə görə, NATO üzvlüyü ABŞ-a Arktika hərbi texnologiyalarına və imkanlarına daha asan çıxış verir.
AB-nin imkanları
VUB (Brüssel Azad Flamand Universiteti) Təhlükəsizlik, Diplomatiya və Strategiya Mərkəzinin tədqiqatçısı İvan Zakkanini qeyd edib:
“Dənizaltı infrastruktur, fiber-optik kabelləri nəzərə alın. Bu bölgədə varlıq göstərməyin əhəmiyyətini anlamaq çətin deyil”.
O, AB-nin Qrenlandiyanı və digər əraziləri erkən xəbərdarlıq sistemləri qurmaq, hava, dəniz və hətta robot bölmələri yerləşdirmək üçün platforma kimi nəzərdən keçirməli olduğunu bildirib.
AB 2021-ci ildə Arktika strategiyasını qəbul etmişdi. Zakkaninin fikrincə, müharibədən sonra blok daha aktiv və öhdəlikli mövqeyə keçib: “AB əvvəlki passiv müşahidəçi mövqeyindən daha fəal və regional geosiyasi oyunçu mövqeyinə yönəlir”.
Arktikanın zəngin enerji ehtiyatları dünya gücləri üçün strateji diqqət mərkəzinə çevrilib. Hesablamalara görə, bölgədə aşkarlanmamış neftin 13%-i, qazın isə 30%-i yerləşir. AB üçün bu resurslara çıxış, təchizatın şaxələndirilməsi və strateji müstəqilliyin güclənməsi deməkdir.
Lakin AB bölgədə təsirini artırmaqda ciddi çətinliklərlə üzləşir. Bir tərəfdən Rusiyanın artan təsiri və Çinlə əməkdaşlığı, digər tərəfdən isə AB-nin hərbi baxımdan ABŞ-a asılılığı blokun hərəkət imkanlarını məhdudlaşdırır.
Məsələni daha da mürəkkəbləşdirən amillərdən biri isə ABŞ Prezidenti Donald Trampın bölgədə mövqelərini gücləndirmək səyləridir. Tramp Qrenlandiyanı ilhaq etmək istəyini dəfələrlə açıq şəkildə dilə gətirib.
İvan Zakkaniniyə görə, AB yalnız diplomatiya ilə kifayətlənməməli, bölgədə aktiv varlıq göstərmək üçün platformalara və imkanlara sərmayə qoymalıdır. Məsələn, patrul bölmələri yerləşdirməklə təhlükəsizliyi təmin etməli, dənizaltı infrastrukturuna qarşı müdaxilələrə sürətli reaksiya verməlidir.
Bununla belə, qarşıda uzun yol var. Hazırda AB maraqlarını qorumaq üçün daha çox diplomatiya və danışıqlara güvənməyə məcbur görünür.