vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
Məktəblərdə ağıllı telefon qadağası 17:47 | 9 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 234 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məktəblərdə ağıllı telefon qadağası

Daha bir Avropa ölkəsi qonşularına qoşuldu

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveç hökuməti 2026-cı ildən etibarən ibtidai və orta məktəblərdə ağıllı telefonların istifadəsini qadağan edəcək. Qərarın dərs fasilələrində də tətbiq olunacağı bildirilib.

İsveç Təhsil Naziri Simona Mohamsson, İsveçin rəsmi radiosu SR-yə verdiyi açıqlamada, ölkə üzrə bütün ibtidai, orta və lisey məktəblərində 2026-cı ildən etibarən ağıllı telefonların istifadəsinin qadağan olunacağını bildirib.

Mohamsson, hökumətin təklifin həyata keçirilməsi üçün 10 milyon dollar büdcə ayırdığını diqqətə çatdırıb və “Şagirdlər TikTok-da vaxt itirmək əvəzinə dərs fasilələrində dostları ilə vaxt keçirməyi və futbol oynamağı öyrənməlidirlər” deyib.

Almaniya, İngiltərə və Fransa da məktəblərdə ağıllı telefon qadağası tətbiq edən digər ölkələr arasındadır.