
Casus proqram əlamətləri
Telefonunuz izlənilə bilər
Telefonunuz izlənilə bilər
İstifadəçilər telefon nömrəsi vermədən söhbət edə biləcək
Əgər uşağınız danışmırsa, buna bir çox vərdiş səbəb ola bilər
Elektrik kəsintisindən sonrakı telefon qəzası ölkədə təlaşları artırıb
Dünyanın ən böyük elektrik gəmisi istifadəyə verilib
Tarix dəqiqləşdi – “WhatsApp” artıq hansı telefonlarda işləməyəcək?
Kardiostimulyator istifadə edən insanlara həyat verən icad, barmaq boyda cihazlara da yerləşdirilə bilər
Təyyarədə yanğına səbəb olan partlayış portativ şarj yasağına səbəb oldu
Litiumdan 99,99 faizi istifadə etməyin yolları tapılıb
Yeni akkumulyator elektromobillərin məsafəsini 60 faiz artıra bilər
Qlobal problemin gənclərə və uşaqlara təsirinin qarşısını necə almaq olar?
Uşaqların mobil telefon və sosial şəbəkələrdən istifadəsi ölkə boyu müzakirə olunur
Batareyanın performansını dəyişə bilən üsul kəşf edilib
Onlar ürək döyüntüsündən tutmuş oksigen səviyyələrinə qədər hər şeyi ölçürlər
Fransız alimlərindən xəbərdarlıq: “Alqoritmlər asılılıq dinamikası yaradır”
Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi təhlükə
Pekində yerləşən “Betavolt” texnologiya startapı enerji sektorunda əsaslı inkişafa imza atıb. Şirkət 50 il texnoloji cihazları, xüsusilə də mobil telefonları enerji ilə təmin edə bilən atom enerjisi batareyasının kütləvi istehsalına başladığını açıqlayıb.
“Betavolt”dan edilən açıqlamaya görə, “BV100” model akkumulyator şarj və ya texniki xidmət tələb etmədən 50 il işləyə biləcək. Hazırda 15x15x15 millimetr ölçülərində istehsal olunan akkumulyator 100 mikrovat güc və 3 volt gərginlik təmin edir.
Bir il əvvəl təqdim edilən bu inqilabi miniatür batareya nikel-63 izotopunun radioaktiv parçalanması nəticəsində ayrılan enerjidən istifadə edir. “Betavolt”un BV100 batareyası yalnız sikkə ölçüsündədir və enerji istehsalı üçün heyrətamiz bir gücə malikdir.
***
Batareyanın içərisində nikel-63 təbəqələri arasında sıxışdırılmış bir kristal yarımkeçirici materiallar var. Bu struktur sayəsində akkumulyator 3300 meqavat-saat enerji saxlaya bilir və ənənəvi litium batareyalardan on qat daha çox enerji sıxlığı təklif edir.
Batareya tibbi cihazlardan müdafiə texnologiyalarına, uzaq rabitə vasitələrindən kosmik texnologiyalara qədər bir çox sahədə inqilab etmək potensialına malikdir. Bununla belə, eyni zamanda, zərərli istifadələr və təhlükəsizlik problemləri də texnologiya ictimaiyyətinin gündəmindədir.
Hazırkı vəziyyətdə olan akkumulyator hələ noutbuk və ya smartfonu enerji ilə təmin etmək iqtidarında olmasa da, daimi enerji tələb edən kiçik qurğular və dronlar üçün kifayət qədər uyğundur.
Gələcəkdə daha güclü modellər hazırlamağı hədəfləyən “Betavolt”, 2025-ci ilin son rübünə qədər batareyanın 1 vattlıq versiyasını təqdim etməyi planlaşdırır.