vaxtlı-vaxtında oxuyun! Cümə, 6 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TEXNİKA  
“WhatsApp”dan yeni funksiya 20:46 | 4 iyun 2025 | Çərşənbə Məqaləyə 25 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“WhatsApp”dan yeni funksiya

İstifadəçilər telefon nömrəsi vermədən söhbət edə biləcək

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“WhatsApp” istifadəçilərin məxfiliyinin qorunması istiqamətində mühüm addım atır. Platforma “Telegram” və “Signal” kimi istifadəçi adı sistemini işə salmaq üçün hazırlıqlarını davam etdirir.

Yeni funksiya ilə istifadəçilər telefon nömrəsini paylaşmadan söhbətə başlaya biləcəklər. İlk dəfə “TestFlight” beta versiyasında görülən xüsusiyyət “WABetaInfo” tərəfindən təsdiqlənib.

“WhatsApp” hazırda istifadəçi adı sisteminin həm interfeysini, həm də infrastrukturunu inkişaf etdirmək prosesindədir.

***

“Technoblog”un məlumatına görə, bu sistem xüsusilə tanımadığınız insanlarla ünsiyyət zamanı nömrənizin məxfiliyini qorumaq məqsədi daşıyır. Əgər siz telefon nömrənizi əlavə etməmisinizsə, qarşı tərəf yalnız istifadəçi adınızı görəcək.

Yeni istifadəçi adları aşağıdakı qaydalara tabe olacaq:

– “www” ilə başlaya bilməz.

- Ən azı bir hərf olmalıdır

– Yalnız rəqəm və ya simvoldan ibarət adlar etibarsız sayılacaq

– Etibarlı simvollar: kiçik hərflər (a–z), rəqəmlər (0–9), nöqtələr (.) və alt xətt (_)

İstifadəçi adı seçildikdə “WhatsApp” bu seçimi konfeti animasiyası ilə qeyd edəcək. Bu detal platformanın məxfiliyə verdiyi əhəmiyyəti vurğulayan simvolik yenilik hesab olunur.

***

İstifadəçi adı sonradan dəyişdirilərsə, bu məlumat çatlarda sistem mesajı kimi göstəriləcək. Nömrənizi və ya profil şəklinizi dəyişdirdiyiniz kimi, qarışıqlığın qarşısı alınacaq.

“WhatsApp” həmçinin veb versiyasına “uyğunluq aləti” əlavə edəcək ki, istifadəçilər öz seçdikləri adları əvvəlcədən yoxlaya bilsinlər.

Bu xüsusiyyət hazırda hətta beta istifadəçiləri üçün də mövcud deyil. Bununla belə, “9to5Mac”a görə, onun ən son beta kodunda olması, buraxılışın qaçılmaz olduğunu göstərir.

“WhatsApp” bu yaxınlarda iPad tətbiqini buraxdı. İstifadəçi adı sistemi tətbiqin şəxsiyyət mübadiləsi və kommunikasiya strukturunda köklü dəyişikliyi xəbər verə bilər.