vaxtlı-vaxtında oxuyun! Bazar, 8 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
“WhatsApp” dəstəyi kəsildi 07:07 | 8 iyun 2025 | Bazar Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“WhatsApp” dəstəyi kəsildi

Sosial şəbəkə hansı “iPhone” modellərində işləməyəcək?

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur mesajlaşma proqramı “WhatsApp” yalnız “iOS 15.1” və yuxarı əməliyyat sistemləri olan “iPhone”larda işləyəcək. “Meta” çətiri altındakı tətbiq yenilik və funksionallıq adı altında köhnə cihazları dəstəkləməyi dayandırdı. Bu qərar birbaşa köhnə model “iPhone” istifadəçilərinə təsir edir.

 

Hansı cihazlar artıq dəstəklənmir?

 

“WhatsApp”ın yeni sistem tələblərinə görə, “iPhone 5s”, “iPhone 6” və “iPhone 6 Plus” kimi modellər artıq tətbiqdən istifadə edə bilməyəcək. Bu cihazlar ən çox “iOS 12.5.7”ni dəstəklədiyi üçün lazımi yeniləməni ala bilmir və “WhatsApp” kimi proqramları işlədə bilmir.

Digər tərəfdən, “iPhone 6s”, “iPhone 6s Plus” və “iPhone SE” (1-ci nəsil) sahibləri hələlik rahat nəfəs ala bilərlər. Bu modellər “iOS 15.x”ə yenilənə bildiyi üçün onlar “WhatsApp”dan istifadə etməyə davam edə biləcəklər. Bununla belə, bu cihazların da yenilənməsi lazımdır.

“iOS 15.1”dən aşağı olan əməliyyat sistemindən istifadə edən istifadəçilər də “WhatsApp”dan istifadəyə davam etmək üçün cihazlarını dərhal yeniləməlidirlər. İstifadəçilər smartfonları yeniləmək üçün “iPhone” parametrlərinə keçə, ən son versiyanı quraşdırmaq üçün “Proqram təminatının yenilənməsi” bölməsinə daxil ola bilərlər.