
Putinin NATO kartı
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Qərbin NATO məsələsində Kiyevə dəstəyi məhdud olub
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Cəbhəyə “babalar” göndərilir
“Ukrayna Qəhrəmanı” PUA-lardan qorunmağın yolunu tapıb
Ukraynanın “F-16” pilotları azalır
Rusiyanın Ukraynaya ən böyük hava hücumu
Kiyevin Rusiya döyüş təyyarələrini hədəf alan “Hörümçək toru” əməliyyatından sonra Moskva genişmiqyaslı cavab tədbirləri görüb. Bununla belə, Kreml tərəfdarları daha sərt, hətta nüvə reaksiyası istəyirlər. Kiyevdə insanlar “əsl qisas gözlənilir” deyə qorxuya düşüblər.
Ukraynanın hava bazalarına qəfil hücumundan bir neçə gün sonra Rusiya ölkənin paytaxtına və digər bölgələrinə misli görünməmiş pilotsuz təyyarə və raket hücumu həyata keçirdi.
Ukrayna hakimiyyəti qanadlı raketlərin və yüzlərlə pilotsuz uçuş aparatının (PUA) buraxılması nəticəsində 5 nəfərin öldüyünü, 80 nəfərin yaralandığını açıqlayıb.
Hücumlar paytaxt Kiyev və şimaldakı Çerniqov şəhəri, həmçinin şimal-qərbdəki Lutsk və Ternopil şəhərlərini hədəf alıb.
***
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bir gecədə 400-dən çox PUA və 40 raketdən istifadə etdiyini və bunun müharibənin ən böyük bombardmanlarından biri olduğunu söyləyib.
Məlumata görə, Moskvanın zərbəsi 80 nəfəri yaralayıb və qərbdə Lvovdan şimal-şərqdə Sumiyə qədər doqquz rayonu əhatə etməklə, bütöv Ukrayna hədəf alıb.
Rusiya hücumların Kiyev rejiminin terror aksiyalarına cavab olduğunu və hərbi obyektləri hədəfə aldığını bildirib.
***
Rusiya üç il davam edən genişmiqyaslı müharibə zamanı demək olar ki, hər gün Ukraynanı hədəfə alır.
Lakin ukraynalılar Rusiyanın strateji aviasiya donanmasının üçdə birindən çoxunu hədəf alan əməliyyatdan sonra Kremlin mümkün cavab tədbirlərinə hazırlaşırdılar.
Hücum Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Rusiyaya qarşı son hücumlarına cavab verəcəyi barədə xəbərdarlıq etməsindən sonra baş verib.
ABŞ prezidenti Donald Tramp cümə günü axşam jurnalistlərə deyib ki, “Ukraynalılar Putinə səbəb verdilər ki, dünən gecə onları bombalasınlar”.
***
Hücumun Rusiyanın vəd etdiyi qisas olub, yoxsa Putinin gərginliyi daha da artırmağı planlaşdırdığı hələ məlum deyil. Lakin Kiyevin əməliyyatının Kremlə gətirdiyi biabırçılıqdan sonra kremlpərəst ekspertlər dəfələrlə sərt, hətta nüvə silahı ilə bağlı cavab verməyə çağırıblar.
Ukraynalılar Kiyevin uğurlu əməliyyatı xəbərindən ruhlansa da, çoxları Rusiyanın buna necə cavab verəcəyindən narahatdır.
Hücumlardan sonra bir ukraynalı qadın “CNN International”a danışıb. Olqa bildirib ki, Rusiyadan bu qondarma “qisas” müharibənin digər gecələrindən heç də fərqlənmir. Kiyevdə yaşayan gənc qadın “Bəlkə bu qisas idi, amma bəlkə də əsl qisas hələ gəlməyib. Hər iki halda bu, bizim nə düşmənə, nə də ölkəmizə münasibətimizi dəyişməyəcək”, – deyib.
***
Ukrayna Baş Qərargahı gecə yarısı Hörümçək toru əməliyyatında zərər görməyən təyyarələrin əksəriyyətinin yerləşdiyi iki Rusiya hava bazasına hücum edildiyini açıqlayıb. Kremli hazır vəziyyətə gətirən əməliyyatda Rusiyanın Ukrayna şəhərlərinə raket hücumları təşkil etmək və mülki vətəndaşları öldürmək üçün istifadə etdiyi təyyarənin hədəf alındığı vurğulanıb.
Dünən Rusiyanın öz ərazisinə kütləvi hücumundan sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib ki, Moskva növbəti dəfə “Ukraynada mülki əhaliyə hücum etməklə” məhv edilmiş təyyarələrinin qisasını alır.