Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
23:40 | 7 iyun 2025 | Şənbə
Məqaləyə 240 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
ABŞ prezidenti Donald Tramp və milyarder iş adamı İlon Mask arasında soyuq küləklər əsməyə davam edərkən, Maskın ailə üzvləri də mövzu ilə bağlı açıqlamalar verib. “Newsweek”ə görə, dünyanın ən zəngin adamının atası Errol Mask, iki ad arasındakı söz atışmasını “iki erkək filin və ya alfanın bir-birinə hücumu” kimi təsvir edib.
Dünən mətbuata danışan ata Mask, Trampla oğlu arasındakı mübahisənin sona çatacağına inandığını söyləyib.
Errol Mask oğlunun ABŞ-da həbsxanada ölən milyarder pedofil Cefri Epşteynə qarşı açılan davada Trampın adının hallanması və ABŞ rəsmilərinin bu səbəbdən sənədləri ictimaiyyətə yaymaqda ləng davranması ilə bağlı iddiasını da dəyərləndirib. Errol Mask oğlunu göstərərək, “Onun nə düşündüyü barədə heç bir fikrim yoxdur”, – deyib.
***
Tramp və Mask bir-birlərinə mesaj yazarkən oğluna mesaj göndərdiyini də söyləyən Maskın “Ona mesaj göndərdim... Ona dedim ki, hər şeyi soyusun” deməsi, ABŞ prezidenti ilə oğlu arasındakı münasibətlərin yaxşılaşa biləcəyindən əmin olduğunu göstərir. Errol Maskın sözügedən mesajı İlon Maskın Tramp-Epşteyn iddialarından əvvəl və ya sonra göndərdiyi bəlli deyil. Oğlunun iddiası ilə bağlı Errol Mask, “Mən bunun axmaq bir səhv olduğunu düşünürəm”, – deyib.
Dünyanın ən nüfuzlu adamlarından birinin ABŞ prezidenti ilə niyə açıq şəkildə mübahisə edəcəyini də qiymətləndirən Errol Mask, “İnsanlar həddindən artıq stress yaşadıqda, nəticədə reaksiya verəcək bir nöqtəyə çatırlar... Ən yüksək səviyyələrdə belə insanlar ortaq dil tapmaqda çətinlik çəkirlər”, – deyib.
***
İlon Maskın Trampla davasına münasibət bildirən digər ailə üzvü isə atasına reaksiyaları və tənqidləri ilə tez-tez gündəmdə olan qızı Vivian Uilson olub. “İnstaqram” hesabında paylaşdığı və güldüyünü göründüyü videoda 21 yaşlı Uilson “Mən haqlı olduğumu sübut etməyi xoşlayıram”, – yazıb.
Elon Maskın trans qadın olan və “oyanmış ağıl virusu tərəfindən öldürüldüyünü və indi öldüyünü” iddia etdiyi qızı Uilson, atasına qarşı tənqidləri ilə tez-tez manşetlərə çıxır.