
“Putinin qorxulu yuxusu”
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Əvvəlcə kiçik məbləğlər ödəməklə güvən mühiti yaradılır, sonra ...
Dövlət strukturlarında işlədilməsi məcburi olacaq
ABŞ Nümayəndələr Palatasından sensassion qərar
“WhatsApp” yaradıcı status paylaşımı üçün dörd yeni funksiya təqdim edir
İllərlə gözlədikdən sonra ...
Sosial şəbəkə hansı “iPhone” modellərində işləməyəcək?
İstifadəçilər telefon nömrəsi vermədən söhbət edə biləcək
Sosial media nəhəngi süni intellekt üçün 20 illik müqavilə imzalayır
Kəsilən cərimə məbləği gülməli görünüb
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
Metanın fırıldaqçılıq əleyhinə yeni mübarizə üsulu yaradıb
Tarix dəqiqləşdi – “WhatsApp” artıq hansı telefonlarda işləməyəcək?
Fransız yazıçı və bəstəkarlar “Meta”nı məhkəməyə verib, britaniyalılar “Səssiz” albom buraxıb
İstifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün ...
Rusiya hökuməti “rəqəmsal suverenlik” adlandırdığı yeni strategiya çərçivəsində xarici platformalara alternativ olaraq yerli texnologiyaları təşviq etməkdə israrlıdır. Ölkənin informasiya texnologiyaları üzrə əsas komitəsinin rəhbəri Anton Qorelkin, “WhatsApp” tətbiqinin yaxın zamanda “məhdud proqram təminatı” siyahısına salına biləcəyini açıqlayıb. Bu isə o deməkdir ki, “Meta”ya məxsus bu populyar mesajlaşma platforması Rusiyada fəaliyyətini dayandırmağa məcbur qala bilər.
Qeyd edək ki, ötən ay Prezident Vladimir Putin, dövlət tərəfindən dəstəklənən yeni mesajlaşma tətbiqinin hazırlanması və bu tətbiqin dövlət xidmətləri ilə inteqrasiya edilməsini nəzərdə tutan qanunu imzalayıb. Bu təşəbbüs, “Telegram” və “WhatsApp” kimi xarici platformalara olan asılılığın azaldılması məqsədi daşıyır.
Vaxt.az-ın xəbərinə görə, Qorelkin öz “Telegram” kanalında yazıb ki, “MAX” adlı yeni tətbiq bazara daxil olduqdan sonra WhatsApp-ın yerini tuta bilər. Hal-hazırda rusların təxminən 68%-i gündəlik olaraq “WhatsApp”dan istifadə edir.
“WhatsApp üçün Rusiya bazarını tərk etməyin zamanı çatıb. Meta artıq Rusiyada ekstremist təşkilat kimi tanınıb”, – deputat deyib.
“Meta”ya məxsus “Facebook” və “Instagram” platformaları 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ölkədə bloklanıb. Şirkət bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Həftə ərzində Rusiya parlamenti, internetdə “ekstremist” hesab olunan kontenti axtaran və paylaşan şəxslərin 5 min rubla (təxminən 55 avro) qədər cərimələnməsini nəzərdə tutan yeni qanun dəyişikliyini qəbul edib. Bu tənzimləmələr yalnız sosial şəbəkələri deyil, eyni zamanda müxalifət liderlərini və fəalları da əhatə edir.
Qərar Kreml tərəfdarları arasında da narazılıq doğurub. Dövlət mediasının rəhbəri Marqarita Simonyan bildirib ki, bu dəyişikliklər jurnalistlərin müxalifət təşkilatları, o cümlədən Aleksey Navalnının “Korrupsiyaya qarşı mübarizə fondu” haqqında araşdırmalar aparmasını əngəlləyə bilər.
Parlamentin informasiya texnologiyaları komitəsinin digər üzvü Anton Nemkin isə TASS agentliyinə bildirib ki, “WhatsApp”ın Rusiya rəqəmsal məkanında qalması artıq “milli təhlükəsizlik baxımından hüquqi pozuntudur”.
Kreml sözçüsü Dmitri Peskov, “WhatsApp”ın ölkəni tərk etməsi ehtimalına münasibət bildirərkən, “Bütün xidmətlər Rusiya qanunlarına əməl etməlidir”, – qeyd deyib.
***
Rusiya hökuməti uzun müddətdir ki, yerli texnologiyaların istifadəsini genişləndirməyə çalışır. Lakin tənqidçilər yeni dövlət dəstəkli mesajlaşma tətbiqlərinin istifadəçiləri izləyə biləcəyindən ehtiyat edirlər. İddialara görə, “WhatsApp”ın istifadəsində süni ləngimələrin yaradılması ilə vətəndaşlar “MAX” və digər yerli alternativlərə yönəldilir.
Oxşar bir proses daha öncə “YouTube” platformasında yaşanmışdı. ABŞ-ın “Google” şirkətinə məxsus olan bu platforma 2024-cü ilin ortalarına qədər Rusiyada gündəlik 40 milyon istifadəçiyə malik idi. Lakin bir il ərzində bu rəqəm 10 milyonun altına düşüb. Ekspertlər bunu saytın yükləmə sürətinin bilərəkdən zəiflədilməsi ilə izah edirlər.
Bu həftə Kreml, Prezident Putinin imzaladığı yeni qərarları açıqlayıb. Bu qərarlara əsasən, “dost olmayan ölkələr” tərəfindən hazırlanmış proqram təminatı və ünsiyyət platformalarının istifadəsinə qarşı əlavə məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir.