vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
Avropanı “LCI-X” qoruyacaq 11:28 | 16 oktyabr 2025 | Cümə axşamı Məqaləyə 169 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropanı “LCI-X” qoruyacaq

NATO Rusiya PUA-larına qarşı hərəkətə keçir

ATİLLA

Pilotsuz uçuş aparatlarının (PUA) müasir müharibələrin ayrılmaz hissəsinə çevrilməsi NATO-nu yeni müdafiə strategiyası qurmağa vadar edib. Alyans artan PUA təhdidinə qarşı daha çevik və az xərcli müdafiə mexanizmləri hazırlayır.

Vaxt.AZ xəbər verir ki, oktyabrın 15-də Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin iclasında PUA-lara qarşı “LCI-X” adlı çoxqatlı müdafiə təşəbbüsü müzakirə olunub. Layihə, “Təbiət qoruyucusu” missiyası çərçivəsində reallaşdırılacaq.

NATO Baş katibi Mark Rutte bildirib ki, alyans həm mövcud imkanlarını təkmilləşdirir, həm də yeni texnologiyalar üzərində işləyir: “PUA-larla mübarizədə daha ağıllı və nisbətli cavablar verməliyik. Hədəf, bahalı sistemlər yerinə, daha ucuz və kütləvi istifadəyə yararlı vasitələr yaratmaqdır”.

Yeni sistem radar, optik və radio sensorlar vasitəsilə PUA-ları aşkarlayacaq, elektron qarşı tədbirlər və anti-dronlarla zərərsizləşdirmə həyata keçirəcək. Məqsəd, 10 min avroluq bir PUA-nı milyonluq raketlə vurmaq kimi “qeyri-bərabər” xərclərin qarşısını almaqdır.

“LCI-X” həm NATO-nun kollektiv müdafiə mexanizmlərinə inteqrasiya olunacaq, həm də alyansın innovasiyaya daha tez uyğunlaşma qabiliyyətini gücləndirəcək.

Eyni mövzu Avropa Birliyinin (AB) də gündəmindədir. AB-nin təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas, “PUA-lar müharibənin xarakterini dəyişdirir, artıq onlardan müdafiə lüks deyil, zərurətdir”, – deyib. Birlik 2027-ci ilə qədər tam işlək anti-PUA sistemi qurmağı planlaşdırır.

Rutte iki qurum arasında rəqabət olmadığını vurğulayıb: “NATO hərbi qərar və texnoloji gücə sahibdir, AB isə sənaye və maliyyə dəstəyi ilə prosesi tamamlayır. Bir-birimizi təkrarlamırıq, tamamlayırıq”.

“Təbiət qoruyucusu” missiyasının əsasən Şərqi Avropa ölkələrini əhatə etməsi bəzi suallar doğurub. Lakin NATO rəsmiləri layihənin tədricən bütün Avropanı əhatə edəcək müdafiə şəbəkəsinə çevriləcəyini bildirirlər.

AB nümayəndələri isə PUA-ların yalnız şərqdən deyil, dənizlər və cənub istiqamətindən də gələ biləcəyini xatırladaraq, ümumavropa səviyyəsində müdafiə sistemi qurulmasının vacibliyini vurğulayıblar.