Vladiqafqazda güclü partlayış
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
09:17 | 16 oktyabr 2025 | Cümə axşamı
Məqaləyə 293 dəfə baxılıb
Şriftin ölçüsü
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa liderlərini xəbərdar edib ki, qitənin şərq sərhədində pilotsuz uçuş aparatlarına (PUA) qarşı “PUA divarı” qurulmaması məsuliyyətsizlik olar. Onun sözlərinə görə, Moskva artıq Avropanın dərinliklərinə zərbə endirmək gücünə sahibdir.
Sikorski Londonda çıxışı zamanı Ukraynada vurulmuş, Rusiya tərəfindən istifadə edilən “Şahid-136” tipli PUA-nı nümayiş etdirərək, Avropa ölkələrini ən azı üç il ərzində Ukraynaya sabit dəstək verməyə çağırıb. Nazir bildirib ki, Ukrayna bu dövr üçün resurs planlaşdırması aparır və Qərb liderləri Putini bu müddətdə geri çəkilməyəcəklərinə inandırmalıdırlar.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın Ukraynaya uzun mənzilli “Tomahawk” raketləri təqdim edəcəyinə ümid etdiyini deyib. Bu, Trampın yaxın zamanda belə raketlərin Ukraynanın istifadəsinə açıq ola biləcəyini bildirməsindən sonra səsləndirilib. ABŞ lideri jurnalistlərə “Əgər Putin müharibəni dayandırmasa, bunu edə bilərik”, – deyib.
Hərbi ekspertlərə görə, “Tomahawk” raketləri Ukraynaya 1 600 km məsafədəki hədəfləri vurmaq imkanı verəcək, bu da Kiyevin arsenalı üçün mühüm üstünlük deməkdir. Kreml isə Vaşinqtona xəbərdarlıq edərək, belə bir addımın iki ölkə münasibətlərinə ciddi zərər vuracağını bildirib.
Sikorskinin çağırışı Qərbin Ukraynaya hərbi yardımında son aylarda müşahidə edilən azalma fonunda səslənib. Almaniyanın “Kiel İnstitutu”nun hesabatına görə, 2025-ci ilin əvvəlindən bəri Ukraynaya hərbi yardım 43 faiz azalıb.
Brüsseldə keçirilən NATO müdafiə nazirləri toplantısında müttəfiqlər Kiyevə yeni silah paketi müzakirə edirlər. ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton digər ölkələrdən Ukrayna üçün daha çox investisiya gözləyir.
NATO baş katibi Mark Rutte də bəyan edib ki, alyans və Avropa Birliyi Polşanın təklifi ilə “PUA divarı” layihəsində birgə işləyirlər.
Böyük Britaniyanın müdafiə naziri Con Hili isə ölkəsinin döyüş təyyarələrinin bu ilin sonuna qədər Polşa üzərində patrul uçuşlarını davam etdirəcəyini və Ukrayna üçün PUA istehsalını artırdıqlarını bildirib.