
Birjalarda qarışıq siqnallar
ABŞ faiz endirimləri və geosiyasi gərginliklər qlobal bazarlarda təsir edir
ABŞ faiz endirimləri və geosiyasi gərginliklər qlobal bazarlarda təsir edir
Qlobal bazarlarda istiqraz qazancı təzyiq yaradır
“S&P 500” üçün süni intellekt yüksəlişi proqnozu
“NVIDIA” haqqında az məlum faktlar və dərin təhlil
Əvvəlki nəsildən 7,5 dəfə sürətli çipin qiyməti 3500 dollardır
Süni intellektlə bağlı səhmlərdə yüksəlişi güclənir
ABŞ Müdafiə naziri “Microsoft”a etiraz məktubu göndərdi
Dollar üç gündür ucuzlaşır
Dünyanın ən dəyərli şirkəti maliyyə hesabatını açıqladı
“Nvidia”nın gəlir hesabatı niyə bu qədər önəmlidir?
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
Çindən yerli şirkətlərə “Nvidia H20” çipi xəbərdarlığı
Şirkətlər Çinə çip satışlarından ABŞ hökumətinə rüsum ödəyəcək
“Nvidia” bu zirvəyə çatan ilk şirkət oldu
Amma “Apple”ı keçə bilməyib
ABŞ-ın çip nəhəngi bütün gözləntiləri üstələdi
“Nvidia”, “Microsoft” və “BlackRock” 40 milyard dollarlıq satın alma razılaşması bağlayıb.
“Microsoft” və “Nvidia”nın birgə təsis etdiyi “Süni intellekt İnfrastruktur” (AIP), Əbu-Dabi mərkəzli “MGX” və “BlackRock”un “Global Infrastructure Partners” (GIP) bölməsi ilə birlikdə təxminən 40 milyard dollar dəyərindəki “Aligned Data Centers” şirkətinin bütün səhmlərini almaq barədə razılığa gəlib.
Məsələ ilə bağlı yayılan yazılı açıqlamada bildirilir ki, AIP, MGX və GIP-in daxil olduğu konsorsium, “Macquarie Asset Management” tərəfindən idarə olunan xüsusi infrastruktur fondlarından və ortaq investorlarından “Aligned Data Centers”in 100% səhmini əldə edəcək.
Bu investisiya növbəti nəsil bulud texnologiyaları və süni intellekt infrastrukturlarının inkişafını dəstəkləyəcək.
Açıqlamada qeyd olunur ki, şirkət on ildən az bir müddətdə dünyada ən sürətlə böyüyən məlumat mərkəzi təminatçılarından birinə çevrilib. “Aligned Data Centers” yüksək texnologiyalı məlumat kampusları və mərkəzləri dizayn edir, tikir və idarə edir.
Alış əməliyyatının tənzimləyici təsdiqlərdən sonra 2026-cı ilin ilk yarısında tamamlanacağı gözlənilir.