vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 3 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
Britaniya gəlirləri 27 ilin zirvəsində 10:43 | 3 sentyabr 2025 | Çərşənbə Məqaləyə 123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniya gəlirləri 27 ilin zirvəsində

Qlobal bazarlarda istiqraz qazancı təzyiq yaradır

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Qlobal maliyyə bazarları sentyabr ayına zəif başladı. Uzunmüddətli istiqraz gəlirlərində artım riskli aktivlərə də təzyiq göstərdi.

Şirkətlərin kütləvi istiqraz satışları və inkişaf etmiş ölkələrdə büdcə ilə bağlı narahatlıqlar fonunda ABŞ-da səhmlər və istiqrazlar bazar ertəsi rəsmi tətilin ardından yeni həftəyə itkili başladı.

“Bloomberg Dollar İndeksi” dünən 0,54% artdı, qızıl isə 1,64% bahalaşaraq rekorda çatdı. “S&P 500”də təxminən 400 səhmin ucuzlaşması fonunda indeks günü 0,7% itki ilə başa vurdu.

ABŞ-ın 30 illik istiqraz gəlirləri 5%-ə yaxınlaşaraq texnologiya səhmlərinə təzyiq etdi. Qlobal miqyasda artan korporativ istiqraz satışları ilə yanaşı uzunmüddətli istiqrazların yenidən gündəmə gəlməsi büdcə kəsirləri ilə bağlı narahatlıqları gücləndirdi.

***

“Merck & Co.” “Verona Pharma”nı təxminən 10 milyard dollara satın almaq üçün 6 milyard dollarlıq investisiya reytinqli istiqraz buraxdı. Şirkətin emissiyası ABŞ istiqraz bazarında olduqca intensiv bir günə təsadüf etdi. Həmin gün ABŞ-da təxminən 27 şirkət borclanma bazarına çıxdı.

Böyük Britaniyada uzunmüddətli istiqraz gəlirləri 1998-ci ildən bəri ən yüksək səviyyəyə qalxarkən, funt sterlinq dəyər itirdi. Bu durum Baş nazir Keyr Starmerin büdcə idarəçiliyi üzərindəki təzyiqləri də artırdı. Oxşar mənzərə Avropanın digər hissələrində də müşahidə olundu. “Strategas”dan Tomas Tsitsouris isə belə şərh etdi: “Məni sentyabr bitəndə oyadın! İlk gündən məlum oldu ki, ay gözlənildiyi qədər çalkantılı keçir.”

Son satış dalğasına baxmayaraq, “Bloomberg Global Agreqat” İndeksi ilə ölçülən istiqrazlar bu il hələ də 6,7% gəlir gətirib. Lakin dünənki eniş 6 iyundan bəri ən kəskin geriləmə oldu.

***

ABŞ-da hakim, Ədliyyə Nazirliyinin “antinhisar” iddiası çərçivəsində “Google”un “Chrome” brauzerini satmaq məcburiyyətində olmadığına qərar verib. Bunun ardından “Alphabet” səhmləri birjada 6%-dən çox dəyər qazandı.

“Apple” səhmləri də ABŞ hakiminin şirkətin hər il təxminən 20 milyard dollar gəlir gətirən “Google” ilə axtarış müqaviləsini qadağan etməkdən imtina etməsi fonunda gec ticarətdə bahalaşdı. ABŞ fyuçers indeksləri isə sabit qaldı. Asiya birjalarında eniş davam etdi.

***

Yaponiyada da dövlət istiqrazları qlobal satış dalğasına qoşuldu. 20 illik istiqrazların gəlirləri 1999-cu ildəki səviyyələrə qalxarkən, 30 illik istiqrazların gəlirləri bazara çıxdıqları vaxtdan bəri ən yüksək həddi gördü. Ölkədəki siyasi qeyri-müəyyənlik səbəbindən yenin ucuzlaşması davam edir.