
“Nikkei” zirvədə
Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
Qiymətli metal ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir
Növbədə inflyasiya məlumatları var
Qısa müddətli korelasiya neqativə döndü
Qiymətlər FED faiz endirim gözləntiləri ilə tarixi zirvəyə yaxındır
Tramp Brüsselin Vaşinqtonla birgə hərəkət etməsini istəyir
Bu gün və sabah açıqlanacaq məlumatlar gələcəyi müəyyən edəcək
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
ABŞ, Avropa və Asiya birjalarında nələr baş verdi?
ABŞ Bazarlar hələ də müqavimətlidir, amma...
İndeks maliyyə nazirinin açıqlamasından sonra ilk dəfə 44 min xal səviyyəsini keçdi
Qiymətli metalı rekord səviyyə çatdıran səbəblər nələrdir?
Sabah və birisi gün açıqlanacaq ABŞ məlumatları qiymətli metala təkan verə bilər
“Robinhood”un “S&P 500”-ə seçilməsi ilə indeksdə kripto bağlantılı şirkətlərin sayı artdı
Qızıl rekord təzələdi
Ötən həftəni itkiylə bağlayan səhmlər yeni iş günündə üzləri güldürdü
ABŞ bazarı müxtəlif siqnallarla dolu bir sessiyada yüksəliş göstərdi. “Non-farm payroll” (qeyri-əkin sektorunda məşğulluq) məlumatlarında aparılan tarixi aşağı yönlü düzəliş işçi qüvvəsi bazarına dair narahatlıqları artırdı; eyni zamanda Federal Ehtiyat Sistemi (FED) yaxın gələcəkdə faiz endirimi edəcəyi gözləntiləri risk iştahını canlandırdı. “S&P 500”, “Apple” və “Oracle” kimi texnologiya nəhənglərinin müsbət təsiri ilə yeni rekord səviyyəyə çatdı. “Apple”in bugünkü ən incə “iPhone” modelini və yeni “Pro” seriyasını təqdim etməsi bazarlarda böyük maraq oyandırdı, “Oracle”in bulud saxlama sahəsindəki optimist proqnozları isə səhmlərinə yeni zirvələr qazandırdı.
Geosiyasi sahədə isə İsrailin “HƏMAS” terror təşkilatının Qətərdəki liderlərinə etdiyi sürpriz hücum gərginliyi artırdı. Bu addım diplomatik səyləri sarsıtdı və ABŞ administrasiyasından nadir görülən bir tənqid aldı. Digər tərəfdən Prezident Donald Tramp Rusiyanı sülh danışıqlarına məcbur etmək üçün ABŞ və AB-nin Çin və Hindistana qarşı birgə tariflər tətbiq etməsi fikrini gündəmə gətirdi.
Enerji bazarları diqqətlə izlənir; API məlumatlarına görə gözləniləndən yüksək ehtiyatdakı artımı qısa müddətli neft tələbinə dair suallar yaratdı.
Bu gün bazarların diqqətində ABŞ PPİ (Producer Price Index – İstehsalçı Qiymət İndeksi) məlumatları var. Bu məlumatlar, məşğulluqda müşahidə olunan zəifləmədən sonra FED-in faiz endirimi gözləntilərini formalaşdıra bilər. Əhəmiyyətli digər göstərici isə API-nin gözlənilməz artımına qarşı bu gün açıqlanacaq EİA (Energy İnformation Administration – Enerji İnformasiya İdarəsi) xam neft ehtiyatlarıdır. Bundan əlavə, 10 illik ABŞ Xəzinə istiqrazlarının hərracı faiz endirimi gözləntilərinin artdığı bir şəraitdə tələbə dair siqnalları göstərəcək. Avropada çıxış edəcək mərkəzi bank rəsmilərindən isə monetar siyasətdə fərqliliklərə dair işarələr gələ bilər.
Avropa tərəfi
Atlantikin digər tərəfində Fransa yenidən siyasi yol ayrımındadır. Prezident Emmanuel Macron yaxın müttəfiqi və keçmiş müdafiə naziri Sebastyen Lekornunu iki ildə beşinci baş nazir olaraq təyin etdi. Bu təyinat, getdikcə parçalanan parlamentdə bölünmüş büdcəni qəbul etdirməyə çalışdığı bir vaxtda baş verdi. Bazarlar sakit reaksiya göstərdi, lakin istiqraz bazarında nadir görülən bir hadisə diqqət çəkdi; Fransız dövlət istiqrazlarının gəliri İtaliya istiqrazlarının gəlirini keçdi.
Avropa birjaları, “Anglo American” ilə “Teck Resources” arasında baş tutan böyük miqyaslı mədən sektoru birləşməsinin təsiri ilə sabit qaldı. Bu birləşmə mədənçilik sektorunda konsolidasiya siqnalları verdi. Digər tərəfdən, Trampın tariflərlə bağlı təklifi AB daxilində gərginlik yaratdı; ABŞ-ın Çin və Hindistana tətbiq edəcəyi tarifləri AB ölkələrinin də tətbiq etməsini istəməsi, Putini Ukrayna danışıqlarına məcbur etməyi məqsədli bir addım kimi qiymətləndirildi. Enerji bazarları, Qətərdəki hücum sonrası yüksələn geosiyasi risklərlə sarsıldı. Neft qiymətləri artan stoklara baxmayaraq yüksəldi.
Asiya-Sakit Okean tərəfi
Asiya bazarları, zəif inflyasiya göstəriciləri ilə güclü miqrasiya rəqəmlərinin bir arada gəldiyi mürəkkəb bir mənzərə ilə ABŞ-ı izləyir. Çinin son CPİ (Consumer Price İndex – İstehlakçı Qiymət İndeksi) məlumatları, istehlakçı qiymətlərində deflyasiyanın bərpa olunduğunu təsdiqlədi. Avqust ayında illik inflyasiya %0,4 azalararaq proqnozların altında qaldı. Aylıq bazda inflyasiya %0,0 səviyyəsində qaldı, istehsalçı qiymətlərindəki düşüş sürəti isə yavaşladı və % -2,9 oldu. Bu məlumatlar, səlahiyyətlilər üzərində əlavə stimullaşdırma tətbiq etmə təzyiqini artırsa da, artıq zəif olan məşğulluğu və ya maliyyə sabitliyini pozmamaq üçün ehtiyatlı addımlar atılması tələb olunur.
Yaponiyada “Tankan İndeksi” iş dünyası etibarında artımı göstərdi və 5 illik istiqraz hərracında gəlirlərin yüksəlməsi, pilləli normallaşma gözləntilərini əks etdirdi. Cənubi Koreyada işsizlik nisbəti %2,6-ya yüngül yüksələrək işçi bazarındakı sıxlığın yumşalmağa başladığını işarə etdi. Daha müsbət xəbər Yeni Zellandiyadan gəldi. Ölkəyə gələn ziyarətçi sayı aylıq bazda %2,6 artaraq əvvəlki azalmadan güclü bərpa nümayiş etdirdi və miqrasiya göstəriciləri proqnozlardan xeyli yüksək oldu.
İnvestorlar isə ABŞ inflyasiya göstəricilərinin açıqlanmasını gözləyərək təmkinli mövqelərini qoruyur.