Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
13:17 | 12 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 572 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio–Papa dialoqunda gərgin mesajlar
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Çin hökuməti, yerli şirkətlərə xüsusilə dövlət və milli təhlükəsizliklə bağlı sahələrdə “Nvidia”nın “H20” çiplərindən istifadə etməmələri çağırışı edib.
Bu addım həm “Nvidia”nın Çin bazarında itirdiyi milyardlarla dolları geri qazanmasını, həm də ABŞ-ın bu satışlardan 15% pay alma planını çətinləşdirə bilər.
“Bloomberg”ə danışan mənbələrə görə, Çinin bu çağırışı yalnız “Nvidia”ya deyil, ABŞ-lı digər çip istehsalçısı “Advanced Micro Devices”ın (AMD) süni intellekt sürətləndiricilərini də əhatə edir. Lakin hökumətin xəbərdarlığında AMD-nin “MI308” modelinə xüsusi istinad olunub-olunmadığı bəlli deyil.
“Nvidia” və AMD, bir neçə gün əvvəl çiplərini Çinə satmaq üçün Vaşinqtondan icazə almışdı. Amma bu icazə, ABŞ hökumətinə həmin satışlardan 15% pay verilməsi şərti ilə təmin edilmişdi. İndi isə hər iki şirkət, Pekinin təzyiqi nəticəsində bu satışların baş tutmaması riski ilə üz-üzədir.
“Nvidia” çiplərinin yerini izləmə və uzaqdan söndürmə ehtimalı narahatlıq yaradır
Çin hökumətinin yerli şirkətlərə göndərdiyi sənədlərdə “Niyə H20 çipləri yerli alternativlərə üstün tutulur?”, “Yerli məhsullar varkən bu seçim məcburidirmi?” və “Nvidia operatorlarında təhlükəsizlik problemi aşkar edilibmi?” kimi suallar yer alıb.
“Nvidia”, məhsullarında heç bir təhlükəsizlik boşluğu olmadığını, “H20” çiplərinin hərbi məqsədlər üçün və ya dövlət infrastrukturunda istifadə üçün nəzərdə tutulmadığını vurğulayıb. Şirkət həmçinin Çində kifayət qədər yerli çip tədarükü olduğunu, dövlət əməliyyatları üçün ABŞ çiplərinə ehtiyac duyulmadığını və onlardan asılı olmadığını qeyd edib. AMD isə hələ mövzu ilə bağlı açıqlama verməyib.
Çinli rəsmilər əsasən “Nvidia” çiplərinin yerini izləmə və uzaqdan deaktiv etmə funksiyalarına malik ola biləcəyindən narahatdır. “Nvidia” isə bu iddianı rədd edib.
Digər tərəfdən, Çin yerli çiplərin inkişafına ciddi şəkildə fokuslanıb və yerli şirkətlərin Qərb istehsalı çiplərdən uzaqlaşaraq daxili məhsullara yönəlməsini istəyir. “Bloomberg”in ötən ilin sentyabrında yaydığı xəbərə görə, rəsmilər daha əvvəl də Çin şirkətlərinə “Nvidia H20” prosessorları əvəzinə yerli yarımkeçiricilərə üstünlük verməyi tövsiyə etmişdi.
Razılaşma Çindən nadir torpaq elementlərinə çıxışın bir hissəsidir
ABŞ Prezidenti Donald Tramp, avqustun 11-də çip istehsalçısı “Nvidia” ilə Çinə satılan “H20” çiplərindən əldə olunan gəlirin 15%-nin ABŞ hökumətinə ödənilməsinə dair razılaşma əldə olunduğunu bildirmişdi.
ABŞ Ticarət naziri Hovard Lutnik (Howard Lutnick), əvvəllər belə bir razılaşmanın masada olmadığını iddia etsə də, “H20” addımının amerikalıların Çindən gətirilən nadir torpaq elementlərinə çıxışını yaxşılaşdırmağı hədəfləyən sazişin bir hissəsi olduğunu açıqlamışdı. Lutnik ötən ay “Çinlilər maqnitlərini təhvil verdikcə “H20”lər də göndəriləcək”, – demişdi.
ABŞ Xəzinə naziri Skott Bessent isə iyul ayının sonunda maqnit məsələsinin həll edildiyini açıqlamışdı.