vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SAĞLAMLIQ  
İnsan altıncı hissəsi kəşf edildi 10:22 | 16 oktyabr 2025 | Cümə axşamı Məqaləyə 65 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnsan altıncı hissəsi kəşf edildi

Ruh sağlamlığına da təsiri var

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

İnsanların neçə hissi olduğu sualı sadə görünə bilər, amma artıq yenidən nəzərdən keçirilir. Hamımız məktəbdə beş əsas hissimiz olduğunu öyrənmişik: görmə, eşitmə, dadmaq, qoxu və toxunma.

ABŞ-dakı “Scripps” Tədqiqat İnstitutunun alimləri bildirir ki, “interosepsiyon” sinir sisteminin bədənin daxili siqnallarını qəbul edib şərh etdiyi, hələ kifayət qədər öyrənilməmiş bir prosesdir.

Beyin bu sayədə nə zaman nəfəs alacağını, qan təzyiqinin düşdüyünü və ya infeksiyaya qarşı mübarizə apardığını anlayır. Professor Ksin Cin, “İnterosepsiyon sağlamlığın demək olar ki, hər sahəsi üçün əsasdır, amma sinir elmi hələ çox kəşf edilməmiş sahədir”, – deyib.

Tədqiqat qrupu bu gizli hissi daha dərindən öyrənmək üçün ABŞ Milli Sağlamlıq İnstitutlarından (NIH) 14,2 milyon dollar dəstək alıb.

Beş klassik hiss xarici dünyadan siqnalları qəbul etməyə imkan verir – gözlə görmə, burunla qoxu, qulaqla eşitmə və s. İnterosepsiyon isə ürək, ağciyər, mədə və böyrək kimi daxili orqanlardan gələn siqnalları algılayan sinir şəbəkələri vasitəsilə işləyir. Bu səbəbdən alimlər onu “gizli altıncı hiss” adlandırır.

Alimlər qeyd edirlər ki, bu sinir şəbəkələri bədənin dərinliklərinə yayılıb və sərhədlərini müəyyən etmək çətindir.

Tədqiqatçılar bildirirlər ki, interosepsiyonun anlaşılması yalnız bioloji deyil, həm də psixoloji sağlamlıq üçün əhəmiyyətlidir. “Royal Holloway” Universitetindən Cennifer Mörfi və UCL-dən Freya Prentisə müsahibəsində, “İnterosepsiyon qərarvermə, sosial bacarıqlar və emosional rifah kimi psixoloji proseslərə təsir edir. Bu sistemdəki pozuntular depressiya və ruhi xəstəliklərlə əlaqələndirilir”, – deyib.

Alimlər hesab edir ki, bu altıncı hissin daha yaxşı anlaşılması autoimmun xəstəliklər, xroniki ağrı və yüksək təzyiqin müalicəsində inqilab yarada bilər.