Berlin üçün gözlənilməz nəticə
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
17:52 | 18 iyul 2025 | Cümə
Məqaləyə 797 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Almaniya kansleri Fridrix Mers keçirdiyi yay mətbuat konfransında keçmiş kansler Angela Merkelin 2015-ci ildəki miqrasiya böhranı zamanı səsləndirdiyi “Wir schaffen das” (“Biz bunun öhdəsindən gələcəyik”) ifadəsinin reallığı əks etdirmədiyini bildirib. Mers Almaniyanın miqrasiya və inteqrasiya sahəsində ciddi problemlərlə üzləşdiyini deyib, müvəqqəti sərhəd nəzarətini isə zəruri addım adlandırıb.
Almaniya siyasi ənənəsinə uyğun olaraq keçirilən yay mətbuat konfransında çıxış edən Mers, rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) ilə Sosial Demokrat Partiyasının (SPD) qurduğu koalisiya hökumətinin ilk 74 günlük fəaliyyətini qiymətləndirib. O, konstitusiya məhkəməsinə hakim seçimi və elektrik enerjisinə güzəştlərlə bağlı razılaşmalar çətin olsa da, hökumətin “sabit təməl üzərində dayandığını” və “effektiv işlədiyini” bildirib.
Lakin ən çox diqqət çəkən açıqlamalardan biri Angela Merkelin miqrasiya böhranı dövründə səsləndirdiyi məşhur sözlərə münasibət olub: “O zaman deyilmişdi ki, “Biz bunun öhdəsindən gələcəyik”. Amma bu gün artıq bilirik ki, bu sahədə bunu bacarmadığımız açıq şəkildə görünür. Biz bu siyasəti dəyişməyə çalışırıq və artıq ilk addımlar atılıb”.
“Almaniya uzun müddətdir ki, miqrasiya ölkəsidir, amma...”
Mers qeyd edib ki, Almaniya uzun illərdir miqrasiya ölkəsidir. Lakin qeyri-qanuni miqrasiya cəmiyyət üzərində ciddi təzyiqlər yaradır. “Miqrasiyanı daha yaxşı idarə etməliyik”, – deyə vurğulayan kansler, gələnlərin uğurla inteqrasiya olunmasının vacibliyini, amma bunun hələ də kifayət qədər baş vermədiyini bildirib.
Fridrix Mers Almaniyanın sərhəd nəzarətini sərtləşdirməsi qərarını da müdafiə edib. Onun sözlərinə görə, bu tədbirlər yalnız keçici xarakter daşıyır: “Hazırda atılan bütün addımlar müvəqqətidir. Avropanın xarici sərhədləri daha yaxşı qorunana qədər bu tədbirlərə ehtiyac var”.
Kansler Almaniyanın Avropadakı sərbəst hərəkət prinsipinə sadiq qalacağını bildirib və əlavə edib ki, uzunmüddətli həll yalnız Avropa miqyasında ortaq siyasətlə mümkündür.
Mers, Polşanın sərhəd nəzarəti tətbiqini müsbət qiymətləndirərək Almaniyanın da qonşu ölkələrlə bu sahədə sıx əməkdaşlıq etdiyini söyləyib. Daxili işlər naziri Aleksandr Dobrindtin mayın əvvəlində başladığı sərhəd nəzarətləri və sığınacaq istəyənlərin geri qaytarılması siyasəti, Berlinin miqrasiya məsələsinə münasibətində dönüş nöqtəsi hesab olunur.
İqtisadiyyat: “İlk prioritet – tənəzzüldən çıxmaqdır”
Kansler iqtisadi məsələlərə də toxunaraq bildirib ki, Almaniyanın tənəzzüldən çıxması hökumətin birinci prioritetidir. Vergi güzəştləri və sahibkarlara yönəlik təşviq paketlərinin artıq müsbət təsir göstərməyə başladığını qeyd edən Mers deyib: “Almaniyada iqtisadi dirçəliş prosesi start götürüb. Göstəricilər yaxşılaşır, ilk iqtisadi tədqiqat institutları proqnozlarını yuxarı doğru yeniləyib”.