
18 illik həsrətə son
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Ana bətnində məruz qalınma yeniyetməlik dövründə ortaya çıxır
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
Şaxta baba kostyumu geyinib və uşaqları kəmərlə döyüb
Əgər uşağınız danışmırsa, buna bir çox vərdiş səbəb ola bilər
6 yaşlı uşağı qaçırıb, sonra televiziyaya çıxıb kömək
“Ölüm hökmünüz artıq imzalanıb”
Avropa ölkəsində hər iki gəncdən biri internetdə cinsi istismara məruz qalır
Avropa ölkəsində azyaşlılarla bağlı qorxunc statistika
Cənubi Koreya dövləti uzun illər uşaq oğurluğu ilə məşğul olub
Özünü Avropanın ən mədəni ölkəsi sayan Fransada qorxulu statistika
Fransız pediatr Silvi Dyo Osika ekran asılılığı səbəbindən dil inkişafı geriləyən, qəzəbini idarə etmə qabiliyyəti zəif olan və sosial bacarıqları inkişaf etməyən uşaqların sayının gündən-günə artdığını bildirib.
Fransanın Seine-Saint-Denis bölgəsində fəaliyyət göstərən pediatr beş ildən çoxdur ki, uşaqlar üçün ekran asılılığı ilə mübarizə aparmaq üçün seanslar təşkil edir. Osika ekranların azyaşlı uşaqların inkişafına ciddi ziyan vurduğunu vurğulayır.
30 ildən artıq pediatriya sahəsində çalışan Silvi Dyo Osika deyir ki, son illərdə ekran asılılığı səbəbindən dil və motorika bacarıqlarında geriləmə yaşayan uşaqların sayında əhəmiyyətli artım müşahidə olunur. “Pasiyentlərimin arasında 3 yaşı olan və bir kəlmə də danışa bilməyən uşaqlar var” deyən Osika, bəzi uşaqların “youtubelish” adlandırdıqları “YouTube“a saatlarla baxaraq öyrəndikləri təqlid dili növündən istifadə etdiklərini söyləyir.
Doktor Osika görə, uşaqların ekran qarşısında keçirdikləri vaxt öyrənmə və inkişaf üçün itirilmiş bir fürsətdir. Bundan əlavə, bu cihazlar uşaqlarda yuxu pozğunluğu, qəzəbi idarə etmə və məyusluğa qarşı aşağı dözümlülük kimi problemlər yaradır.
Asılılığı artıran alqoritmlər GAFAM (“Google”, “Apple”, “Facebook”, “Amazon”, “Microsoft”) kimi texnologiya nəhənglərinin tətbiqlərində istifadə edilən görüntü və səs tezliklərinin uşaqları ekrana aludə etmək üçün məqsədyönlü şəkildə qurulduğunu söyləyən Osika, “Bu siqaret və ya narkotik kimi bir asılılıqdır. Uşaqlar 4 aylıq olanda bu tələyə düşə bilər”, – deyib.
Fransada valideynlərin yalnız 10-15 faizinin 3 yaşından kiçik uşaqlar üçün ekran qadağasına əməl etdiyini bildirən Osika, xüsusilə pandemiyadan sonrakı dövrdə evdən işləyən valideynlərin uşaqlarını ekranla məşğul etməyə üz tutduqlarını söyləyir. Bu vəziyyət uşaqların inkişafına daha da mənfi təsir göstərir.
Amma Osikanın fikrincə, hər şey itirilməyib. Ekrandan uzaqlaşdırılan uşaqlar zamanla inkişaf baxımından bərpa oluna bilirlər. Lakin o, bu mübarizədə bəzi ailələrə lazımi səviyyədə dəstək verilmədiyini vurğulayır.