Ermənistan seçkiləri ...
İrəvandan çox Bakını düşündürən siyasi proses
18:29 | 7 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 309 dəfə baxılıb
Şriftin ölçüsü
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Ermənistandan vacib Türkiyə həmləsi
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Erməni millətçiliyinə və separatçılığına zərbə vuran xüsusi məhkəmə davam edir.
Bu dəfə kürsüdə, mikrofon önündə David Babayandır. Qatı türk düşməni olan bu erməni separatçısı antiterror əməliyyatımızdan sonra, 2023-cü ilin sentyabrın 29-da Qarabağdan Ermənistan ərazisinə keçmək istəyərkən Xüsusi Təyinatlılarımız tərəfindən yaxalanaraq Bakıya gətirilib.
Bir çox soydaşları kimi David Babayan da Qarabağda erməni separatizminin körüklənməsində xüsusi canfəşanlıq göstərib.
Digər separatçılardan nisbi intellektuallığı ilə fərqlənən və ixtisasca tarixçi-politoloq olan D.Babayan qondarma “dqr”-nın müstəqil dövlət kimi tanıdılması üçün çoxlu səy göstərib.
Tarix elmləri doktoru olan D.Babayan qondarma “Artsax universiteti”ndə və Ermənistanın Gorus universitetində geosiyasət, politologiya və dövlət quruculuğu predmetləri üzrə dərs deyib.
İrəvanda və Moskvada “Tövrat geosiyasətində Ermənistanın yeri və rolu”, “Azərbaycanın Qarabağ münaqişəsində hidrosiyasəti”, “Azərbaycanın etnomilli siyasəti və milli azlıqların reaksiyası”, “Qarabağ hidrogeosiyasəti: Bugünün və gələcəyin ekzistensial problemləri” və s. kimi provokativ xarakterli kitablar çap etdirən David Babayan, həm də qanunsuz, separatçı qurumda müxtəlif vəzifələr tutub.
Belə ki, o, 2013-2023-cü illərdə separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və prezidentin xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifələrində” işləyib.
Erməni separatizminin nəzəri əsaslarının yaradılmasında xüsusi fəallıq göstərən D.Babayan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra, vaxtilə işğal altındakı ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qəti etirazını bildirənlərdən biri olub.
D.Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində bu faktı açıq etiraf edib və bildirib ki, “biz, ermənilərin Azərbaycana inteqrasiyasının əleyhinə idik”.
Həmçinin Arayik Harutyunyanın, Ruben Vardanyanın və qondarma rejimin digər “vəzifə”li şəxslərinin də inteqrasiya əleyhinə olduğunu bildirən David Babayan onu da əlavə edib ki, “heç bir “vəzifə”li şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü. Çünki inteqrasiya mümkünsüz idi”.
Qondarma qurumun “xarici işlər naziri” olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi və Ermənistanın diplomatik pasportu ilə gedib-gəldiyini etiraf edən bu sarsaq “intellektual” separatçının “artsax”ın müstəqilliyindən dəm vurması isə həqiqətən də absurdun və idiotizmin üst nöqtəsidir.
Və bu idiotizm bütün separatçılara xas olan xüsusiyyətdir...
(ardı var)