
“Fitch” və “S&P”dən bədbin proqnoz
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Avropa Komissiyası adaya maliyyə dəstəyini ikiqat artırdı
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Oxuma səviyyəsinin düşməsi Danimarkanı hərəkətə gətirdi
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Danimarka, ən azı üç ABŞ vətəndaşının Qrenlandiyada təsir kampaniyası apardığı iddiaları ilə bağlı ABŞ-ın ölkədəki ən yüksək səviyyəli diplomatını Xarici İşlər Nazirliyinə çağırıb. Vaşinqton isə reaksiyasında, “Danimarkalıların sakit olması gərəkdiyini düşünürük” deyib.
Danimarka hökuməti, ABŞ vətəndaşlarının Qrenlandiyada təsir kampaniyası ilə məşğul olduğuna dair məlumatlardan sonra ABŞ-ın Kopenhagendəki diplomatik nümayəndəliyinin rəhbəri, müvəqqəti işlər vəkili Mark Strohu dünən XİN-ə çağırıb. Bu addım Vaşinqtonun diqqətini çəkib.
“CBS News”un məlumatına görə, Ağ Evdən adı açıqlanmayan bir rəsmisi bu vəziyyətə, “Danimarkalıların sakit olması gərəkdiyini düşünürük” cavabını verib.
ABŞ Dövlət Departamentinin sözçüsü isə açıqlamasında Qrenlandiyadakı ABŞ vətəndaşlarının şəxsi fəaliyyətləri barədə şərh verməyəcəklərini bildirib. O, vətəndaşların hərəkətlərinə nəzarət etmədiklərini vurğulayıb. Sözçü həmçinin ABŞ-ın NATO müttəfiqi olan Danimarka ilə münasibətlərinə önəm verdiyini qeyd edərək, XİN-ə çağırılan Strohun Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ilə “səmərəli görüş” keçirdiyini açıqlayıb.
Danimarkanın “DR” xəbər saytı isə daha əvvəl yayımladığı hesabatda, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ağ Ev ilə əlaqəli ən azı üç ABŞ vətəndaşının Qrenlandiyada təsir kampaniyası apardığını iddia edib. Məqalədə, Trampı dəstəkləyən Qrenlandiya sakinlərinin adlarının siyahıya alındığı da irəli sürülüb.