Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:40 | 15 may 2025 | Cümə axşamı
Məqaləyə 206 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Estoniya Böyük Britaniyanın sanksiya siyahısına salınmış bayraqsız “Rus kölgə donanması” tankerinə müdaxilə etməyə çalışarkən, Rusiya “insidenti izləmək üçün” bir döyüş təyyarəsi göndərdi. Təyyarənin NATO hava məkanını pozduğuna dair görüntülər sosial mediada paylaşılıb.
Estoniyanın xarici işlər naziri Marqus Çahkna bildirib ki, ölkəsinin donanması Rusiyanın iqtisadi sanksiyalardan yayınmaq üçün istifadə etdiyi tankerlərin “arxada qalan donanmasının” qarşısını almağa çalışarkən Rusiya qırıcı təyyarə göndərib.
Çahkna bildirib ki, Rusiya təyyarəsi təxminən bir dəqiqə ərzində NATO hava məkanını pozub. Videoda döyüş təyyarəsinin aşağıdan uçduğu görünür.
Estoniyanın baş naziri vəziyyəti “son dərəcə ciddi” adlandırıb. Estoniya donanması həyəcan vəziyyətinə gətirilib.
***
Estoniya donanması keçən həftə Böyük Britaniyanın sanksiya siyahısına daxil edilən “Jaguar” tankerini bayraqsız üzdüyü səbəbilə dayandırmağa cəhd edib.
Lakin gəmi dayanmaqdan imtina edib və onun ardınca Estoniya patrulu Rusiyanın ərazi sularına daxil olub.
Nazir Çahkna, Antalyada keçirilən NATO xarici işlər nazirlərinin toplantısından əvvəl verdiyi açıqlamada, “Rusiya “kölgə donanması” ilə əlaqələrini rəsmən göstərdi. Rusiya Federasiyası bu donanmanı qorumağa çalışır. Vəziyyət həqiqətən ciddidir”, – deyib.
Çahkna bildirib ki, Baltikyanı ölkələrdə fəaliyyət göstərən NATO döyüş təyyarələri də havaya qalxaraq Rusiya təyyarəsini qovub.
“X” sosial media platformasında o, Rusiyaya qarşı daha sürətli və sərt sanksiyaların tətbiqinə çağırıb.
***
Hadisə iki gün əvvəl Tallin sahillərində Naissaar adası yaxınlığında baş verib. Estoniya Hərbi Dəniz Qüvvələri saat 18:30 radələrində gəmi ilə radio əlaqə qurub.
“Biz gəminin sənədlərini və hüquqi statusunu yoxlamalı olduq, çünki o, bayraqsız üzürdü”, – Hərbi Dəniz Qüvvələrinin komandanı İvo Vark bildirib.
Vark, gəminin əməkdaşlıq etmədiyini və Rusiyaya tərəf döndüyünü, buna görə də gücə ehtiyac yarandığnı söyləyib.
“Jaguar” Rusiyanın Primorsk limanında Qabon bayrağı altında lövbər salıb. Estoniyanın açıqlamalarına görə, görüntülər arasında Estoniya patrul gəmisi, helikopter və kəşfiyyat təyyarəsi var.
Rusiyanın dövlət mediası olan RT-nin baş redaktoru Marqarita Simonyan videonu paylaşaraq təyyarənin “Su-35” olduğunu və tankerin həbsinin qarşısını almaq üçün göndərildiyini iddia edib.