Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:24 | 2 may 2026 | Şənbə
Məqaləyə 230 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Martın ortalarından etibarən Rusiya Müdafiə Nazirliyindəki mənbələr Baltikyanı ölkələrə qarşı mümkün əməliyyata hazırlığın növbəti mərhələsinə keçildiyini qeydə alırlar. Söhbət yeni ümumqoşun ordularının komplektləşdirilməsinin başa çatdırılmasından gedir.
11-ci və 14-cü ordu korpuslarının gücləndirilməsi aparılır. Zirehli texnika, artilleriya və raket sistemlərinin toplanması həyata keçirilir. Paralel olaraq infrastruktur xətti də işə salınıb.
Aprelə qədər Pskov, Novqorod və Smolensk vilayətlərində yol şəbəkəsinin genişləndirilməsi 90 faiz tamamlanıb. Smolensk, Velikiye Luki və Pskovda dəmir yolu qovşaqları modernləşdirilib.
Təkcə magistral yollar deyil, Latviya və Estoniya sərhədi boyunca istiqamətləri birləşdirən yollar da tikilir. Yaşayış məntəqələrinin ətrafından keçən dolama marşrutlar yaradılıb. Bununla da, hərbi texnika şəhərlərə daxil olmadan hərəkət edə bilər.
Körpülər və yolötürücülər gücləndirilib. 2025-2026-cı illərdə iyirmidən çox obyekt modernləşdirilib. Bu işlər əsasən sərhədə gedən istiqamətlərdə aparılıb.
Bu, ağır zirehli texnikanın keçidinə imkan verir.
Bu məqsədlə “B” planı Belarusla bağlıdır. Mənbələrin məlumatına görə, Rusiya müttəfiqinin ərazisini arxa baza nəzərdən keçirir. Bu ölkədə texnikanın saxlanması təmin olunur, Hava hücumundan müdafiə və raket komplekslərinin yerləşdirilməsi həyata keçirilir.
Logistika elə qurulub ki, sistemlər zərbə endirmək üçün Rusiya ərazisinə daxil ola və sonra geri qayıda bilsin.
Raket komplekslərinin yerləşdirilməsi üçün meydançalar hazırlanıb. Onların fəaliyyət radiusuna Latviyanın bütün ərazisi, Estoniya və Litvanın isə əhəmiyyətli hissəsi daxildir.
Qeyd olunur ki, “İsgəndər” komplekslərinin uçuş məsafəsi 500 kilometrdir. Bəzi modifikasiyalarda bu məsafə 800 kilometrə çatır.
Yeni hava hücumundan müdafiə mövqelərinin yerləşdirilməsi qeydə alınıb. Bir sıra hallarda bu, rəsmi sənədlərlə təsdiqlənir. Həmin sənədlərdə birbaşa göstərilir ki, yollar zenit komplekslərinin fəaliyyətini təmin etmək üçün tikilir.
Maliyyələşmə hədəfli şəkildə aparılır. 2023-2026-cı illərdə Rusiyada yol şəbəkəsinə ümumi xərclər azaldığı halda, vəsait məhz sərhədyanı regionlarda cəmlənir. İşlər “Həyat üçün infrastruktur” milli layihəsi çərçivəsində rəsmiləşdirilir.