
Rusiyanın faciəsi
Həm qorxutmağa çalışır, həm də hörmət tələb edir
Həm qorxutmağa çalışır, həm də hörmət tələb edir
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Almaniya silah alışını sürətləndirir
Rusiya hərbi gəmiləri Yapon dənizində təlimlər keçirir
OMON məsələsi: Lokal insident, yoxsa siyasi siqnal?
... Ucuz və sonsuz insan resursu
Lavrov: “Müdafiə xərclərinin artması NATO-nun dağılmasına səbəb olacaq”
100 min itki verib xilas etdiyi Bolqarıstandan 8 il sonra qovuldular
Kremlin sözçüsünün arzuolunmazlığı
Azərbaycan Rusiyanın informasiya kəşfiyyatına qarşı açıq mövqe sərgiləyir
Birlik indiyə qədər Rusiyaya 17 paket tətbiq edib
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Yens Spahn: “Avropa çəkindirici vasitəyə çevrilməlidir”
Kreml postsovet respublikaları davranışını süzeren-vassal münasibətləri kimi görür
Hər yerdə miqrantlara hərbi müqavilə imzalatdırmağa çalışırlar
Bir ölümü araşdıran FTX beş nəfəri öldürdü
“Sputnik”... Azərbaycan bu üfunətli, təxribatçı-propaqanda zibilliyin, Kreml rejimi tərəfindən saxlanılan bu iyrənc məxluqatın qapısını birdəfəlik bağlamalıdır. “Sputnik” jurnalistika deyil, ideoloji zəhər istehsal edən mətbuat patogeni, Azərbaycanı müstəqil və suveren dövlət kimi məhv etmək məqsədilə yönləndirilmiş zəhərli fabrikdir.
Bu guya “informasiya” qurumu Kremlin uzun illər əvvəl qurduğu təbliğat maşınının bilavasitə davamıdır və məqsədi Rusiyanın geosiyasi iddialarını istənilən yolla müdafiə etməkdir. “Sputnik” özünün “Rossiya Seqodnya” adlı dövlət media konserni ilə bağlılığını heç vaxt gizlətməyib və bu konsern Rusiya Federasiyasının federal büdcəsindən maliyyələşir. Simonyanın orada rəhbər olması isə o deməkdir ki, orada yayımlanan hər bir süjet, hər bir xəbər, hər bir cümlə yuxarıdan verilən ideoloji senzordan keçir. Bu sadəcə fikir ifadəsi deyil – dövlət sifarişidir.
İndi isə Marqarita Simonyan haqqında.
Marqo təsadüfi fiqur deyil. O, 2013-cü ildə Rusiya administrasiyasının dəstəyi ilə “Rossiya Seqodnya”nın rəhbərliyinə təyin olunub və hakimiyyətə sonsuz sədaqətli, istənilən reallığı təhrif etməyə hazır bir rupor kimi seçilib. Onun karyerası boyu yeganə “bacarığı” jurnalistikanın ən ali dəyərlərini – həqiqəti, obyektivliyi, balansı – çeynəyib zibilə atmaq olub.
Simonyanın ritorikasında Azərbaycan xalqına, hətta bütün insanlığa bir qram hörmət yoxdur. Əksinə – o, açıq şəkildə separatizmi, Rusiyanın təcavüz aktlarını müdafiə edib, Gürcüstanda, Ukraynada, Moldovada rus qoşunlarının işğalını “qanuni” adlandırıb. Bunların hamısı onun çıxışlarında, müsahibələrində, məqalələrində dəfələrlə sənədləşdirilib.
Simonyan – Ukraynada mülki insanların qətlini bəraət qazandıran, Suriyada baş verən faciələrə istehza ilə yanaşan, Kreml “qəzəbinə” tuş gələn bütün xalqların alçaldılmasından həzz alan bir məxluqdur. Burada hansı vicdan, hansı mənəviyyat, hansı ləyaqətdən danışmaq olar? Bu, peşəkar hərbi-şovinist və revanşist təbliğatçıdır, vəssalam.
“Sputnik”in Azərbaycanda mövcudluğu niyə yolverilməzdir?
Çünki o, uzun illərdir bizim informasiya immunitetimizi məhv etməyə çalışır. Bu platforma dəfələrlə Qarabağla bağlı həqiqətləri təhrif edib, Azərbaycanın rəsmi mövqeyini saxtalaşdırıb, separatçı və terrorçu ünsürlərə efir verib, guya “rusdilli əhalinin müdafiəsi” və “imperiya maraqları” barədə Kreml miflərini legitimləşdirməyə cəhd göstərib.
Bundan əlavə, “Sputnik” çoxsaylı feyk xəbərlərlə yaxalanıb – azad olunmuş torpaqlarda guya “insani fəlakət” baş verdiyini, guya ermənilərin təqib edildiyini, guya Azərbaycanın enerji danışıqlarında uduzduğunu iddia edən cəfəng materiallar yaymaqla. Bu təsadüfi səhv deyil - bu, məqsədli, planlı ideoloji zəhərlənmədir.
"Sputnik" illərlə azərbaycanlıların beyinlərinə aşağılıq kompleksi yeritməyə, Türkiyə ilə qardaşlığımızı pozmağa, dövlətimizi gözdən salmağa, sanki Rusiyasız heç bir dəyərimizin olmadığını təlqin etməyə çalışıb. Bu, klassik hibrid müharibə texnologiyasıdır və hər bir beynəlxalq mütəxəssis bunu belə təsvir edir.
“Sputnik” balanslı baxış təqdim etmir, heç vaxt obyektiv olmur - bu, sadəcə Kreml təbliğatını xam, qəddar və qeyri-peşəkar formada tirajlayan rupordur.
Buna görə də Azərbaycanın onu qovması tam qanuni, tam mənəvi və tam məntiqlidir.
Heç bir kabel televiziyası, heç bir sosial şəbəkə, heç bir media Rusiyanın propaqanda telekanallarını yaymamalıdır!
Simonyan və onun “Sputnik”i - jurnalistika deyil, bu, psixoloji təzyiq vasitəsi, əxlaqi şantaj, söz və görüntü ilə aparılan müharibədir.
Marqarita Simonyan - əslində, mənəvi çürümənin canlı simvoludur. Onun üçün nə doğru, nə yalan fərq etmir, əsas odur ki, Kreml əmrini yerinə yetirsin. O, milyonlara ağ yalandan ibarət iyrənc tabut sırıyan propagandondur.
Heç bir “Sputnik” bizim ekranlarımızı, qəzetlərimizi, sosial şəbəkələrimizi murdarlaya bilməz. Bu zəhərli kanal yalnız tarixin zibilliyinə layiqdir - birdəfəlik, qayıtmaq hüququ olmadan...