İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
11:07 | 13 iyun 2025 | Cümə
Məqaləyə 229 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, polkovnik-leytenant Eyal Zamir bəyan edib ki, İsrail mövcudluq zərurəti səbəbindən fəal hərbi addımlara keçib.
“Biz hücuma başladıq, çünki zaman yetişmişdi. Geri dönüş nöqtəsinə çatmışıq. Daha yaxşı bir an gözləmək imkanımız yoxdur – başqa seçimimiz qalmayıb. Tarix – həm uzaq, həm də yaxın keçmiş – bizə öyrədir ki, məhv edilmə təhdidi qarşısında baş əymək olmaz. Biz hərəkətə keçməyə məcburuq. Bu, bizim mövcudluğumuz uğrunda mübarizədir. Azadlıq, ancaq onun uğrunda savaşmağa hazır olanlara məxsusdur. Mən xəbərdarlıq edirəm: bizə meydan oxumağa cəhd edən hər kəs bunun yüksək bədəlini ödəyəcək”.
Zamir qeyd edib ki, əməliyyatın tək bir aydın məqsədi var — İsrail Dövlətinin və onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək: “Biz bu döyüşə birləşmiş qüvvələrlə gedirik, ümumi məqsədimiz — İsrail üçün daha təhlükəsiz bir gələcək təmin etməkdir. İnamla, birliklə və hər bir şəxsin səyi ilə — biz qalib gələcəyik”.
Eyal Zamirin sözlərinə görə, İsrail təhlükəsizlik uğrunda mübarizənin yeni bir mərhələsinin astanasındadır:
“Bu, həlledici günlərdir. Bu axşam TsAXAL İrandan qaynaqlanan strateji təhdidlərə qarşı “Am Kalavi” əməliyyatına – hücum kampaniyasına başladı. Bu, indiyədək görünməmiş tarixi bir kampaniyadır. Biz açıq şəkildə bizi məhv etməyə çalışan bir düşmənin mövcudluq təhdidi ilə üz-üzəyik. Bu gün bizdən əvvəlkindən daha çox cəsarət, ruh yüksəkliyi və daxili birlik tələb olunur”.
O vurğulayıb ki, əməliyyat diqqətlə hazırlanıb və yalnız təhlükəsizlik meyarlarına əsaslanır: “Əməliyyatın başlanması barədə qərar ən ciddi zərurət şəraitində qəbul olunub. Bu addım həqiqətə, ədalətə və faktlara əsaslanır. Biz çətin qərarları maksimum məsuliyyət və tam ayıqlıqla qəbul etməliyik”.
Baş Qərargah rəisi İsrail vətəndaşlarına da müraciət edib: “Mən sizə yalan vədlər vermirəm. İran tərəfindən cavab tədbirləri olacaq və bu tədbirlər bizim öyrəşdiyimizdən fərqli ola bilər. TsAXAL arxa cəbhənin maksimal müdafiəsini təmin etməyə hazırdır. Hər birinizi şəxsi, ailəvi və ictimai məsuliyyət göstərməyə və rəsmi göstərişlərə ciddi şəkildə əməl etməyə çağırıram”.
Zamir əlavə edib ki, bu əməliyyat ordunun bütün bölmələrinin misilsiz hazırlığının nəticəsidir: “Biz bu əməliyyata uzun müddət və hərtərəfli hazırlaşmışıq. Ordunun bütün qolları və növləri real və hiss olunan təhdid qarşısında tam döyüş hazırlığına çatdırılıb”.
O, çıxışının sonunda ön cəbhədə olan əsgər və
zabitlərə dəstəyini ifadə edib: “Sizin adınızdan TsAXAL əsgərlərinə və təhlükəsizlik
qüvvələrinin əməkdaşlarına dəstək verməyinizi xahiş edirəm. Onlar yaxın və uzaq
sərhədlərdə qətiyyət və cəsarətlə fəaliyyət göstərirlər. Onlar bizi bədənləri və
canları ilə qoruyurlar. Biz on minlərlə hərbçini səfərbər edirik və bütün
istiqamətlərdə mövqelərimizi möhkəmləndiririk. Gələcəyimiz öz əlimizdədir”.