
“Qafqazın İsraili” olmağa məhkumuq...
Moskva və Tehran eyni vaxtda, tam koordinasiyalı şəkildə Azərbaycanın üzərinə gəlir
Moskva və Tehran eyni vaxtda, tam koordinasiyalı şəkildə Azərbaycanın üzərinə gəlir
Yekaterinbuq qətliamı sonrası düşüncələr
Putin SSRİ-ni qaytarmaq xülyası ilə yaşayır
Almaniyanın müdafiə nazirindən Putinə bənzətmə
Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...
Rusiyanın Ukraynaya ən böyük hava hücumu
Rusiya – faşistlərin işğal etdiyi ölkəni xatırladan dövlət
Şimal küləyi Moskvaya və gizli Tehrana Bakıdan əsir
Putinin zəhərli ideologiyası epidemiya kimi yayılır
Hər müstəqil addım onun gözündə xəyanətdir
”Mqirant kartı” ilə siyasi qazanc əldə etmək istəyir
Kreml Azərbaycanda 90-cı ildə ölüb, 92-də dəfn olunub
Almaniyada gəncləri orduya cəlb etmək kampaniyasına TikTok fenomeni də qoşulub
... insan axmaqlığı, yoxsa tarixin vazkeçilməz inkişaf spiralı?!
Stalin dövründə belə, zülm və işgəncəni ən azından gizlətməyə çalışırdılar
Bugünkü repressiyalar artıq Stalin dövrünü belə geridə qoyur
Rusiyanın Yekaterinburq şəhərində baş verənlər hansısa təsadüfi narazılıq partlayışı deyil, buz kimi soyuq və məqsədyönlü bir insanlıqdan çıxarma strategiyasıdır. Bu strategiya qorxu, şovinist təfəkkür və etnik üstünlük hissindən hörülüb; burada miqrant – alçaldılmış girovdur, “qeyri-rus” isə düşmən sinoniminə çevrilib. Bu artıq mənəvi dəyərlərin çürüməsi deyil, Kreml tərəfindən dövlət dininə çevrilmiş total cəngavər-cinizmin zirvəsidir.
“Lyadimir Lyadimiroviç”in rejimi Rusiyada insanları şüşə kimi sındırmaq, çilikləmək istəyirlər. Onları təhdidlə boğurlar, getməyə and içmədikləri müharibəyə məcbur edirlər, yad siyasi ambisiyaların qanlı ətçəkən maşınına atırlar, sonra isə bir parça qiymət belə ödəmədən, qırılmış taleləri ilə birlikdə zibilə tullayırlar. Bu, hətta köləlik də deyil – insanın ancaq bioloji funksiyasına endirildiyi yeni tipli varlıq konslageridir: öldürmək və ölmək.
Vladimir Putin bu sistemi özü yaradıb və şəxsi iradəsi ilə qidalandırır. O, illərlə rus xalqının qorxu instinktini cilovlayıb, onun içində başqa xalqlara qarşı nifrəti körükləyib, öz hökmranlığını bu zəhərin hesabına saxlayıb. Putinin bugünkü Rusiya modelində insanın dəyəri yoxdur; yalnız sadiqliyi var - və lazım gələndə ölümə göndərilmək üçün yararlıdır.
Rusiyada müsəlmanlar “sevimli” hədəfdir. Onları şüurlu şəkildə vəhşiləşdirirlər, şeytanlaşdırırlar, toplu qorxunun rahat obyekti edirlər. Bu iyrənc ssenaridə islamofobiya imperiya maşınının dişlilərini yağlayan maye rolunu oynayır. Solovyov və onun kimiləri sadəcə təbliğatçı deyil, nifrət kultunun kahinləridir; revanşist xülyaların yolunda müqəddəs qurbanı təbliğ edən vəzçilərdir. Onların dili - cəmiyyətin qanına işləyən zəhərdir, bütün bədəni çürüdən zəhər.
Onlar cürət edib Azərbaycanın ünvanına çirkab atırlar, bizim zəfərlərimizi öz acizliyinin ödü ilə qaralayırlar. Amma bu çirkab geri sıçrayır, iz qoymur. Çünki biz öz qanımızın, öz şərəfimizin qiymətini yaxşı bilirik.
Kreml hələ də cəsarət tapıb vurduğu Azərbaycan sərnişin təyyarəsinə görə üzr istəmədi. Nə ziyanı ödədi, nə qatilləri cəzalandırdı. Bu susqunluq istənilən yalandan betərdir. Çünki Moskvanın nəzərində özgə həyatı sadəcə sərf olunan materialdır. Tövbə olmayana qədər Azərbaycan bu xatirəni dünya yaddaşına həkk etməyə davam edəcək, yenidən-yenidən, ki, heç kim unutmasın.
Son kiberhücumlar, Azərbaycan deputatının Həştərxana buraxılmaması – hamısı bir zəncirin halqalarıdır. Rusiyada artıq öz həqiqi simasını gizlətməyə çox da cəhd etmirlər. Bu sima – zəifliyindən dəli olmuş vəhşi heyvanın caynağıdır.
Qardaş Ukraynaya qarşı apardığı vəhşi, işğalçı müharibədə istəyinə nail ola bilmədiyindən zəncir gəmirən, fiaskoya uğrayan Kremli uğursuzluqlar yeni qurbanlar, yeni şeytan obrazları axtarmağa məcbur edir. Çünki bu sistem düşmənsiz yaşaya bilmir. Onların hesabına görə Cənubi Qafqaz yenə savaşların, intriqaların səhnəsinə çevrilməlidir ki, Kreml Ermənistan kuklaları vasitəsilə çürük təsirini saxlasın. Amma bu, artıq çarəsiz orqanizmin ümididir, hansı ki, nə yarada, nə də dürüst davranmağa qadirdir.
Putin Sankt-Peterburqda “rus əsgərinin çəkməsi”ni qüdrət rəmzi kimi təqdim etməyə cəsarət etdi – başa düşmədən ki, həmin çəkmənin iyi çoxdan çürümə qoxusu verir. Bu imperiya çəkməsi bu gün ancaq iyrənclik doğurur. Azərbaycan xalqı bu cırıltını eşidir – amma geri çəkilməyəcək. “Başqasının qamçısı altında otlamaqdansa, Allah yolunda döyüşmək yaxşıdır” – bizi belə öyrədiblər atalarımız, bu həqiqət qanımıza yazılıb.
Azərbaycan geri dönməyəcək. Müasir həmrəyliyimiz elə bir qranitdir ki, nə təhdid, nə yalan təbliğatı onu sındıra bilməz. Kreml Bakıya nə qədər çirkab atmağa çalışsa da, o çirkab acizlik acısı ilə birlikdə geri qayıdacaq.
Putin başa düşməlidir: imperiyanın kabusunu diriltmək mümkün deyil, çünki tarix özü onu zülmətdə damğalayıb. Kreml nə qədər çox şovinizm və ayrı-seçkilik toxumları səpirsə, o gün bir o qədər yaxınlaşır ki, bu nifrət öz yiyəsini içindən parçalayacaq.
Moskva bütün xalqların ləyaqətinə hörmət etməyi öyrənməyincə, barışıq haqqında xülya qurmaq mənasızdır. Heç kim artıq “böyük qardaş” nağıllarına, “hami Rusiya” marazmına və cəfəngiyatına inanmayacaq – bu leksikon çoxdan yalan sobasında yanıb kül olub. Sovetdən qopmuş hər xalqın öz yaddaşı var, öz yarası var, öz qüruru var.
Kreml də bunu qəbul etməyə məcbur olacaq.
Başqa yolu yoxdur – “qüdrətli Rusiya”, “Avrasiya lideri olacaq rusofillik” kimi sərsəmləmələrə rəğmən.