vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Asiya eşşək arısı İrlandiyanı “sancdı” 17:07 | 13 avqust 2025 | Çərşənbə Məqaləyə 105 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Asiya eşşək arısı İrlandiyanı “sancdı”

Ölkədə biotəhlükəsizlik həyəcanı verildi

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İrlandiyanın Kork bölgəsində Asiya eşşək arısının (Vespa velutina) tutulması ilə ölkə üzrə “biotəhlükəsizlik həyəcanı” elan edilib. İrlandiya Milli Parklar və Vəhşi Təbiət Xidməti (NPWS) bu növün ölkədə ilk dəfə görüldüyünü və Kork bölgəsində tutulduğunu təsdiqləyib.

İrlandiya Mənzil, Yerli İdarələr və İrs Nazirliyindən verilən açıqlamada, Asiya eşşək arısının ölkədəki bioçeşidliliyə ciddi təhlükə yaratdığı, tək bir yuvanın belə bal arısı populyasiyasını məhv edə biləcəyi vurğulanıb.

Açıqlamada, bu vəziyyətin ictimai sağlamlıq üçün ciddi risk təşkil etmədiyi bildirilib və Asiya eşşək arısının aşkar olunmasından sonra hökumət rəhbərliyi ilə yeni bir işçi qrupu yaradıldığı qeyd olunub.

Açıqlamada fikirlərinə yer verilən Təbiət, İrs və Biomüxtəliflik üzrə Dövlət Naziri Kristofer O’Sallivan  deyib ki, “Tək bir müşahidəni belə son dərəcə ciddi qəbul etməliyik. NPWS xəbərdarlıqdan sonra sürətlə hərəkət etdi və ekspert komandası bölgəni izləmək və yoxlamaq üçün göndərildi”.

O’Sallivan istilacı növün kök salmasının qarşısını almaq üçün erkən aşkarlamanın kritik olduğunu vurğulayaraq, “Hər kəsi diqqətli olmağa, bu növü tanıya bilmək üçün məlumatlanmağa və gördükləri halda xəbər verməyə çağırıram”, – deyib.