
Niyə günəş vannası qəbul etməliyik?
İmmuniteti gücləndirir, təzyiqi aşağı salır, xoşbəxtlik hissini artırır
İmmuniteti gücləndirir, təzyiqi aşağı salır, xoşbəxtlik hissini artırır
“Payızda bizi çox ciddi məhsul qıtlığı gözləyir”
GMO məhsulların Azərbaycana gətirdiyi təhlükə
Artıq çəki istəməyənlərə məsləhət...
B3 hansı qidalarda mövcuddur?
Millət vəkili: «Görünür, hansısa məmurlara bu sərf etmir...»
Hər gün az miqdarda yemək orqanizmi cavanlaşdırır
...Əksinə siqaret çəkənlər üçün ciyər xərçəngi riskini artırır
Yaxud firmaların hədiyyəli kampaniyalarının arxasından görün nələr çıxır...
Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, ...
Sayı qədər dərdə dərman olduğu üçün çoxdənəlidir
Hamısına tək dərman var ÇUĞUNDUR
Hamısına tək dərman var ÇUĞUNDUR
“X”də vitaminlərlə bağlı universal yaddaş cədvəli partlayış effekti yaratdı. Konkret vitamin və element çatışmazlığı zamanı rasiona nə əlavə etməli?
Budur, nə məsləhət görülür:
A vitamini – “Görmə qoruyucusu”
Gözlərin sağlamlığı, dəri və immunitet üçün cavabdehdir. Yerkökü, balqabaq, ispanaq, manqo və kələmdə tapılır.
B1 vitamini – “Enerji gücləndirici”
Sinir sistemini yaxşılaşdırır və enerji verir. Ən çox noxud, mərcimək, qoz-fındıq və qəhvəyi düyüdə olur.
B2 vitamini – “Hüceyrə ustası”
Dəri, görmə və metabolizmi dəstəkləyir. Göbələk, avokado, badam və brokkolidə mövcuddur.
B3 vitamini – “Ürəyin köməkçisi”
Ürək və damarlar üçün faydalıdır. Yerfındığı, tam taxıllar, paxlalılar və kələmdə tapılır.
B5 vitamini – “Antistress”
Stresi azaldır və orqanizmi yüklənmələrdən qoruyur. Mənbələri — göbələk, şirin kartof, avokado, brokkoli.
B6 vitamini – “Əhval tənzimləyici”
Əhval, yuxu və hormonları nizamlamağa kömək edir. Banan, sarımsaq, fıstıq və kartofda olur.
B7 vitamini (Biotin) – “Gözəllik vitamini”
Saç, dəri və dırnaqları yaxşılaşdırır. Qoz-fındıqda, tam taxıllarda və gül kələmdə mövcuddur.
B9 vitamini (Folat turşusu) – “Qan yaradan”
Xüsusilə hamiləlik zamanı və hüceyrələrin yenilənməsi üçün vacibdir. Avokado, çuğundur, portağal və qulançarla zəngindir.
B12 vitamini – “Beyin və əzələ qoruyucusu”
Sinir sistemini və maddələr mübadiləsini dəstəkləyir. Balqabaq və kətan toxumu, çia və küncütlə zəngindir.
C vitamini – “İmmunitet gücləndirici”
İnfeksiyalara və yorğunluğa qarşı mübarizə aparır. Kivi, çiyələk, sitrus meyvələri, bibər və pomidorda var.
D vitamini – “Günəş vitamini”
Sümük və immunitet üçün vacibdir. Süd, göbələk, göyərti və zənginləşdirilmiş məhsullardan əldə edilir.
E vitamini – “Dəri qoruyucusu”
Antioksidantdır, dəriyə və hüceyrələrə stressə qarşı dözümlülük verir. Zeytun yağı, qoz-fındıq və avokadoda tapılır.
K vitamini – “Qan laxtalanmasının nəzarətçisi”
Yaraların sağalması və sümük sağlamlığı üçün cavabdehdir. Kələm, brokkoli, soya və yaşıl noxudda çoxdur.
Əgər uzun müddətdir halsızlıq, dəri və yuxu problemləri hiss edirsinizsə, ola bilsin, səbəb vitamin çatışmazlığıdır.