 
                                Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
 19:40 | 2 noyabr 2017 | Cümə axşamı
                Məqaləyə 2950 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                19:40 | 2 noyabr 2017 | Cümə axşamı
                Məqaləyə 2950 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
 
                                Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
 
                                Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
 
                                Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
 
                                Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
 
                                Tramp Putinə əzazil sifətini göstərməyə başladı
 
                                ... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
 
                                ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
 
                                USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
 
                                Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
 
                                Budapeşt görüşü sual altında
 
                                Avropanın mərkəzində müharibə qorxusu
 
                                Ukrayna ordusunda çinlilər də döyüşür
 
                                Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
 
                                Sergey Lavrov və Zərif arasında qarşıdurma
 
                                Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Azərbaycandakı istixanalarda yetişdirilən pomidor daha çox Rusiyaya göndərilir. Bunu Bakıdakı Aztomato şirkətinin direktoru Elvin Əkbərov deyir. «Bizim yetişdirdiyimiz məhsullar iki sezonda istehsal edilir. Mart ayından iyul ayına qədər satış həyata keçirilir, digərində isə oktyabr ayından dekabr ayının sonuna qədər».
Onun sözlərinə görə, 2011-ci ildən 2 hektar sahə ilə fəaliyyətə başlayan şirkət hazırda sahəsi 4.2 ha-a çatan istixana yaradıb və illik istehsal gücünü 1300 tona çatdırıb. Məhsulun da böyük hissəsi Rusiya bazarlarına və marketlər şəbəkəsinə satılır.
Elə rəsmi rəqəmlərdə də pomidor ixracının artdığı göstərilir. «Azərbaycanda pomidor ixracı 60 % artıb və bu, ölkəyə son 9 ayda 128 milyon dollar gəlir gətirib». Bunu Prezident İlham Əliyev 9 ayın yekunlarına dair çıxışında deyib. «Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır», - prezident İlham Əliyev deyib.
İqtisadi İslahatların Təşviqi mərkəzinin yaydığı məlumatda da göstərilir ki, 2017-ci ilin 9 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor, birinciliyini qoruyub. Bu müddət ərzində ümumilikdə Rusiyaya 366 milyon ABŞ dolları dəyərində məhsul ixracı olunub ki, bunun da 128.8 milyon ABŞ dolları təkcə pomidor satışından əldə olunub.
Bəs pomidor nefti azalan Azərbaycanın «qırmızı qızılı» ola biləcəkmi?
Türk pomidorları
Bununla yanaşı Rusiya bazarına Azərbaycan pomidoru adı ilə Türkiyədən gətirilən pomidor da göndərilir. Məsələ ilə bağlı RBK-nın bir neçə həftə əvvəl yaydığı məlumatda deyilir ki, Rusiya Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçev Türk pomidorlarının Rusiyaya Belarus və Azərbaycanda keçirilmək yolu ilə gətirildiyindən narahatlığını ifadə edib.
Bu iddiaların doğru olub-olmadığını bilmək üçün, iqtisadi təhlilçi Natiq Cəfərli, noyabr-dekabr aylarından Azərbaycanın ixrac rəqəmlərinə baxmağı təklif edir.
«Əgər ciddi azalma müşahidə olunacaqsa, deməli pomidor ixracatında Türkiyə pomidoru Rusiya bazarına birbaşa çıxmağa bu yoldan istifadə edib».
Onun fikrincə, «yaxın 3 ayda Azərbaycanın pomidor ixracatında ciddi düşüş olmasa» yerli istehsalın artdığını demək olar.
Kənd təsərrüfatı üzrə təhlilçi Vahid Məhərrəmov hesab edir ki, Rusiya Azərbaycan pomidoru üçün daimi bazar deyil. «Rusiyanın cənub bölgələrində pomidor istehsalı ilə məşğul olmağa başlayırlar, Dağıstanda, Stavropolda və digər cənub regionda olan vilayətlərdə böyük istixanaların yaradılmasına nail olublar. Demək olar ki, onlar hər hektardan 1200 tona yaxın məhsul əldə edirlər ki, bu, bizdə olan göstəricidən 20 dəfə çoxdur».
Natiq Cəfərli, gəlirin az olmasına baxmayaraq, pomidor ixracının artmasını müsbət hal kimi dəyərləndirir. Belə ki, pomidor becərən və ixracıyla məşğul olan insanların sayı çoxdur və gələn gəlirin daha çox əhali kütləsinə çatma ehtimalı var, o belə hesab edir.
«Lakin narahatedici məqam odur ki, ümumi ixracatda kənd təsərrüfatının payı, o cümlədən pomidorun payı çox-çox azdır yəni faiz nisbəti ilə ifadə etsək 0.2-0.3 % heç etmir. Nəzərə alsaq ki, ökləyə ümumi ixracatdan 8 milyarddan bir az çox gəlir gəlir bunula müqayisədə pomidor ixracından gələn gəlir çox azdır».
«Birdən-birə 1 il ərzində pomidor ixracı artdı. 2015-ci ildən götürsək 2017-ci ilə baxdıqda bir il, il yarım ərzində 6 dəfədən çox artım müşahidə olundu bu da suallar doğurur», təhlilçi əlavə edir.
Ancaq kənd təsərrüfatı üzrə təhlilçi Vahid Məhərrəmov yerli istehsal olan pomidorların artdığı qənaətindədir.
«Azərbaycanda sahibkarlar çox sayda istixana inşa ediblər, xüsusən Şəmkir, Göyçay, Masallı rayonlarında əsasən pomidor istehsal edilir və Abşeronda da istixanaların sayı artır», - Vahid Məhərrəmov deyir. Onun sözlərinə görə, pomidorun istehsalı Azərbaycanda asan başa gəlir, «birincisi toxumu ölkəyə kənardan gəlir, ikincisi məhsulu saxlamaq müddəti əlverişlidir».
Həmçinin Vahid Məhərrəmov deyir ki, Rusiya yoxlamalara başlasa, pomidorun harada istehsal olunduğunu asanlıqla ayırd edə biləcəklər. «Hətta xüsusi analizlər olmasa belə məhsulun kalibrinə, xarici görünüşünə və digər parametrlərinə görə ayırd etmək mümkündür».
Noyabrın əvvəlindən başlayaraq Rusiya, Türkiyə pomidorlarının ixracına qoyduğu qadağanı aradan qaldıracaq.