Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:29 | 3 iyul 2025 | Cümə axşamı
Məqaləyə 381 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çinin 305 metr uzunluğundakı “Shandong” təyyarədaşıyan gəmisi Qərbi Sakit Okeandakı hərbi təlimlərdə iştirak etdikdən sonra bu gün Honq-Konqa gəlib.
Fransanın AFP xəbər agentliyinin müxbirləri bu gün səhər Honq-Konqun cənub sahillərində üzən “Shandong” təyyarədaşıyan gəmisini və onu müşayiət edən döyüş tapşırıq qrupunu, o cümlədən “Çançzyanq” esminesi və “Yunçenq” freqatını görüblər.
Pekin, “Shandong” təyyarədaşıyan gəmisinin beş gün Honq-Konqdakı dəniz qrupunda qalacağını və bu münasibətlə “ziyarətlər və mədəni mübadilə fəaliyyətləri”nin keçiriləcəyini açıqlayıb. Bu arada, Honq-Konq Çinlə birləşməsinin 28-ci ildönümünü qeyd edib və dünən bu münasibətlə rəsmi bayram olub.
Çində inşa edilən ilk təyyarədaşıyan “Shandong” 2019-cu ildə Çin Hərbi Dəniz Qüvvələrinə qoşuldu. Pekinin 2000-ci ildə Ukraynadan aldığı “Liaoning” və “Shandong” adlı iki aktiv təyyarədaşıyıcısı var. Üçüncü təyyarədaşıyan “Fujian” tamamlanıb, lakin hələ də sınaqdan keçirilir.
Çin bazar ertəsi günü iki dəniz döyüş tapşırıq qrupunun Qərbi Sakit Okean bölgəsində “bu yaxınlarda uğurlu” döyüş təlimləri keçirdiyini açıqladı.
Bu arada Tokio Çin döyüş təyyarələrinin “Shandong” təyyarə gəmisindən havaya qalxdığını və Yapon hərbi patrul təyyarəsinə 45 metr yaxınlaşdığını bildirsə də, Pekin bu iddianı rədd edib.
“Shandong”, adanın simulyasiya edilmiş mühasirəsi də daxil olmaqla, keçən aprel ayında Tayvan boğazında hərbi təlimlərdə iştirak etdi. Həmin ayın sonunda Filippin Hərbi Dəniz Qüvvələri ölkənin ən şimal nöqtəsindəki Babuyan adasının iki dəniz mili yaxınlığında “Shandong” təyyarədaşıyan gəmisini gördü.
Çinin “WeChat” sosial media platformasında Honq-Konqdakı gəmiləri ziyarət etmək üçün biletlər bir neçə dəqiqə ərzində satılıb. “Shandong”, “Liaoning” təyyarə gəmisinin 2017-ci ildə qlobal maliyyə mərkəzini ziyarət etməsindən sonra Honq-Konqa səfər edən ikinci Çin təyyarə gəmisidir.