vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 24 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
Dənizdən və ABŞ-dan mesaj 09:22 | 26 may 2025 | Bazar ertəsi Məqaləyə 363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dənizdən və ABŞ-dan mesaj

Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Havada və quruda qeyd edilən “Qalatasaray”ın çempionluq sevinci dənizin altına da gedib çıxıb. Bir qrup dalğıc Muğlanın Fəthiyə rayonunda dənizin dibində 25-ci qələbəsinin sevincini yaşayıb.

Fəthiyə Dalğıc Mərkəzinin dalğıc təlimatçıları Öndər Diktaş, Alpərən Bəyaz, Barış Safran, Bərkay Çətin, Burkay Kayıran və İbrahim Tombak Dalyan körfəzində 5 metr dərinlikdə sarı və qırmızı bayraqlarla rəsmi parad keçiriblər. Dalğıclar üzərində 5 ulduz olan sarı-qırmızı azarkeş bayraqları daşıyan balıqlar arasında çempionat dövrəsi keçiriblər. Başqa bir dalğıc isə üzərində “Gerçəkləri tarix yazar, tarix isə “Qalatasaray”” sözləri yazılmış yaylığı açaraq çempionluq həyəcanını yaşayıb. Bundan əlavə, sarı-qırmızılı azarkeşlər dənizin altında “Bizmılə Qal” deyə Osimenə səsləniblər.

Dünyanın hər yerindən azarkeşlər Viktor Osimhenə “Qalatasaray”da qalmağa çağırış edirlər. Sarı-qırmızı geyimli bir fanat nigeriyalı ulduza Nyu-Yorkun Tayms Meydanındakı LED ekranda “Bizimlə qal!” mesajı göndərib.