
Sağ kənarda oynayan müdafiəçi
“Qalatasaray” Sinqo mövzusunda qətiyyətlidir
“Qalatasaray” Sinqo mövzusunda qətiyyətlidir
“Qalatasaray” Barış Alper Yılmaz üçün böyük məbləğ hədəfləyib
Osimen transferinin hələ açıqlanmamasının səbəbi məlum oldu
Sarı-qırmızı klub iki banka olan 35 milyon borcunu ödədi
Keçmiş “Qalatasaray”lı Rusiya şaxtasına niyə dözmədi?
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
İstanbul inlədi
“Qalatasaray” çempionluğunu aslanları ilə qeyd etdi
“Qalatasaray”ın keçmiş ulduzu Kapone çempionluq şənliyində
Çempion “Aslan” İzmirdə ciddiliyini qorudu
“Qalatasaray”ın Laporte iştahası
“Qalatasaray” 3 gün 24 saatdır bayram şənliklərinə hazırlaşır
“Galatasaray” Osimhen üçün ev axtarışlarına başlayıb; qadın böyük qüvvədir
“Qalatasaray”ın Viktor Osimhen transferində şad xəbər...
Azarkeşlər dünyaya səs salacaq pankart hazırlayır
Türkiyə Super Liqası və Çempionlar Liqası üçün iddialı heyət qurmağı hədəfləyən “Qalatasaray”, bir tərəfdən də aşağı yaş qrupu heyəti üçün yeni və müasir baza qurmaq istiqamətində hazırlıqlara başladı. Sarı-qırmızılılar, gənc oyunçuların qidalanma rejimi ilə bağlı yeni qərarlar qəbul edib, menecerlərlə əlaqəyə məhdudiyyət gətirib.
Super Liqanın 1-ci turunda səfərdə “Qaziantep”i 3-0 məğlub edən Cim-Bom, avqustun 15-də “Fatih Karagümrük” komandası ilə qarşılaşacaq.
Sarı-qırmızılılar, Karagümrük ilə keçiriləcək oyuna hazırlıqlarını dünən Kəmərburqaz Mətin Oqtay vazasında davam etdirib.
Bu mövsüm ilk dəfə doğma divarlar arasına azarkeşləri qarşısına çıxacaq “Qalatasaray” liqanın ikinci matçından da qələbə ilə ayrılmaq niyyətindədir.
Digər tərəfdən, əsas komandaya böyük investisiyalar edən “Qalatasaray”, aşağı yaş qrupundakı gənclərə də xüsusi önəm verir.
***
“Qalatasaray” akademiyasını Kəmərburqaza köçürmək qərarına gəlib və aşağı yaş qrupundan məsul idarəçi Fateh Dəmircanın təşəbbüsü ilə mühüm yatırımlar etməyə başlayıb.
İdarə heyəti əsas heyəti Kəmərburqaza daşımaqla oyunçuların da üzünü güldürdü, indi isə ikinci heyəti üçün bu əraziyə yeni və müasir təsisatlar qurulması planlaşdırılır.
Eyni zamanda əsas və ikinci heyətin birləşməsi öncəsi ortaq planlama prosesi də aparılır.
***
Hal-hazırda Floryada çalışan gənc oyunçuların qidalanmasında standart müəyyənləşdirilib.
Kəmərburqazda futbolun əsas heyətinə verilən yeməklərin eynisi Floryadakı akademiyada da təqdim edilir.
Düzgün qidalanan gənc oyunçular üçün xüsusi nəqliyyat xidməti təşkil edilərək, onların ictimai nəqliyyatdan istifadəsi tənzimlənir.
18 yaşdan kiçik oyunçuların yalnız futbola fokuslanmasını istəyən sarı-qırmızılı klub menecer qadağasına ciddi yanaşır.
“Qalatasaray”, yeni mövsüm öncəsi gənc heyətini “Altınordu”dan 17 yaşlı Arda Yılmaz, 16 yaşlı Mustafa Duru və 13 yaşlı Ömər Özyurd, “Ümraniyespor”dan 14 yaşlı Görkəm Buğra Sağlamdəmir və Arda Arıkan, “Talas” klubundan isə 15 yaşlı Mustafa Cingöz və 14 yaşlı Əmin Dabaz ilə gücləndirib.
Əlavə olaraq, sarı-qırmızılılar “RAMS Global” ilə akademiya üçün xüsusi sponsorluq müqaviləsi də imzalayıb.