vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
Osimen formasına qovuşur 11:21 | 13 avqust 2025 | Çərşənbə Məqaləyə 97 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Osimen formasına qovuşur

Azarkeşlər ulduz futbolçu sahəyə çıxacağı matçı səbirsizliklə gözləyir

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qalatasaray”ın rekord məbləğə transfer etdiyi Viktor Osimen, yeni mövsümdə ilk matçına çıxmağa hazırlaşır. “Gaziantep” FK ilə oyun üçün heyətə daxil edilməyən Nigeriyalı ulduzun, avqustun 15-də keçiriləcək mövsümün ikinci tur matçı olan “Fatih Karagümrük” qarşısında meydanda olması gözlənilir.

Ötən mövsümün çempionu “Qalatasaray” yeni mövsümün ilk matçında səfərdə “Gaziantep” FK-nı 3-0 hesabı ilə məğlub edərək mövsümə qalibiyyətlə başladı. Sarı-qırmızıların qollarını Barış Alper Yılmaz (2) və Ərən Almalı vurdu.

10 gündür Kəmərburqazda fasiləsiz məşq edən Viktor Osimen “Gaziantep” səfərinə aparılmadı. Komanda ilə hazırlıq düşərgəsində iştirak etməyən və Okan Buruk tərəfindən verilmiş proqramı fərdi şəkildə həyata keçirən ulduz oyunçu, aradakı fərqi azaldır.

Mövsümün ikinci turunda oynanacaq “Karagümrük” matçını hədəf seçən Osimen bu həftə heyətə daxil ediləcək. Baş məşqçi Okan Buruk, Barış Alper Yılmaz ilə oyuna başlayacaq, 26 yaşlı hücumçu isə ikinci hissədə şans qazanacaq. İlk 11-də meydanda olması isə Kayseri səfərinə saxlanacaq.

Ötən mövsümün transfer dövrünün son günlərində komandaya qatılan və Avropa səviyyəsində forma şansı tapmayan Sallai, bu mövsüm ən hazır oyunçulardan biridir. Sağ cinah müdafiəçi mövqeyinə yeni transfer gözlənilsə də, Macar oyunçu “Gaziantep” FK qarşısında bu mövqedə oynadı. Okan Buruk, Sallaini hər iki kanat və yarımmüdafiə üçün joker kimi görür və heyətin ən kritik oyunçularından biri hesab edir.