“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
14:11 | 12 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 292 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
“Qalatasaray”a təklif gəlir
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Milli futbolçu üzr istədi: “Əsas “Qalatasaray”dır”
Azarkeşlər ulduz futbolçu sahəyə çıxacağı matçı səbirsizliklə gözləyir
“Qalatasaray”ın yeni transferi bütün zamanların rekordunu qırdı
“Qalatasaray” Sinqo mövzusunda qətiyyətlidir
“Qalatasaray”dan aşağı yaş qrupu futbolçularına Osimhen qaydası
“Qalatasaray” Barış Alper Yılmaz üçün böyük məbləğ hədəfləyib
Osimen transferinin hələ açıqlanmamasının səbəbi məlum oldu
Sarı-qırmızı klub iki banka olan 35 milyon borcunu ödədi
Keçmiş “Qalatasaray”lı Rusiya şaxtasına niyə dözmədi?
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
Fernando Muslera ilə yolların ayrılmasından sonra qapıçı transferinə fokuslanan “Qalatasaray”, “Manchester City”nin braziliyalı qapıçısı Santana de Moraes Edersonu heyətinə qatmaq üçün bütün imkanlarını səfərbər edib.
Sarı-qırmızılıların əfsanələri Klaudio Taffarel və Felipe Melo da bu transfer üçün prosesə qoşulub.
Hədəfdə yalnız Ederson var
“Trendyol” Super Liqasına “Qaziantep FK” üzərində 3:0 hesablı qələbə ilə başlayan “Qalatasaray”da gündəm tamamilə Edersona yönəlib. Klub rəhbərliyi, uzun müddətdir izlədiyi 31 yaşlı qapıçının transferini bu həftə bitirmək istəyir.
Daha əvvəl baş məşqçi Okan Buruk, Taffarelin vasitəçiliyi ilə Edersonla görüntülü görüş keçirmişdi.
Taffareldən sonra Felipe Melo
“Qalatasaray”ın əfsanə qapıçısı Klaudio Taffarel, Ederson ilə onu “Qalatasaray”a razı salmaq məqsədilə söhbət aparmışdı. Bu görüşdən sonra digər bir əfsanə – Felipe Melo məsələyə qarışdı. Melo, həmyerlisi Edersonu zəng edərək həm klubun gələcək planlarını, həm də İstanbulda yaşayışı izah etdi.
Gələn məlumata görə, Melo bu transferin müsbət nəticələnəcəyinə inanır.
Danışıqlar gərgin keçir
“Qalatasaray” Edersonun maaş tələbinə cavab vermək üçün ciddi çalışır. Rəhbərlik illik 6 milyon avro təklif edərkən, futbolçunun 7,5 milyon avro net maaş istədiyi bildirilir.
Futbolçunun alınması üçün isə təxminən 10 milyon avro büdcə ayrılıb. Həm razılıq prosesi, həm də danışıqlar davam edir və bu həftə kritik irəliləyişlərin baş verəcəyi gözlənilir.