
“Qalatasaray” “Banklar Birliyi”ndən çıxdı
Sarı-qırmızı klub iki banka olan 35 milyon borcunu ödədi
Sarı-qırmızı klub iki banka olan 35 milyon borcunu ödədi
Keçmiş “Qalatasaray”lı Rusiya şaxtasına niyə dözmədi?
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
İstanbul inlədi
“Qalatasaray” çempionluğunu aslanları ilə qeyd etdi
“Qalatasaray”ın keçmiş ulduzu Kapone çempionluq şənliyində
Çempion “Aslan” İzmirdə ciddiliyini qorudu
“Qalatasaray”ın Laporte iştahası
“Qalatasaray” 3 gün 24 saatdır bayram şənliklərinə hazırlaşır
“Galatasaray” Osimhen üçün ev axtarışlarına başlayıb; qadın böyük qüvvədir
“Qalatasaray”ın Viktor Osimhen transferində şad xəbər...
Azarkeşlər dünyaya səs salacaq pankart hazırlayır
Avropa Kubokunda çıxış edən “Qarabağ” və “Qalatasaray”ın futbolçuları dünya ulduzlarını geridə qoydu
Davam edən danışıqlarda endirim tələb olunur
“Qalatasaray”ın ulduzu transferi üçün gün sayır
“Qalatasaray” rəhbərliyi ard-arda sevindirici xəbərlər verməyə davam edir. Sərmayə artımı ilə klubun şirkət kapitalı 13.5 milyard lirəyə yüksəldi və “Banklar Birliyi” ilə olan razılaşmadan çıxıldı. Maliyyə baxımından rahatlayan “Cimbom”da bunun ilk əks-sədası Victor Osimen transferi olacaq. Nigeriyalı hücumçunun transferinin hələ açıqlanmamasının səbəbi də bəlli oldu.
“Qalatasaray”, həm maliyyə, həm də idman sahəsində böyük addımlar ataraq yeni mövsümə doğru irəliləyir. Sarı-qırmızılılar dünən ilk olaraq “KAP”a (İctimai Açıqlama Platforması) sərmayə artımı ilə bağlı açıqlama təqdim etdilər. Bu prosesə gözləniləndən daha yüksək iştirak olduğu və azarkeşlərin dəstəyi rəhbərliyi rahatlatdığı bildirildi.
Açıqlamaya əsasən, “Qalatasaray”ın 5.4 milyard lirə olan kapitalı 13.5 milyarda yüksəldildi.
1.6 milyard ödəndi, bütün borclar bağlandı
Klub prezidenti Dursun Özbəkin digər addımı “Banklar Birliyi” razılaşmasından çıxmaq oldu. “Florya Projesi”ndən əldə edilən 50 milyon dollarlıq (təxminən 2 milyard lirə) gəlirin 35 milyon avroluq (1.6 milyard lirə) hissəsi banklara olan borcların tam ödənilməsinə sərf edildi.
“Qalatasaray”, “KAP”a etdiyi bildirişlə “Bankalar Birliyi”ndən çıxdığını rəsmi şəkildə elan etdi. Artıq əldə ediləcək bütün gəlirlər (futbolçu satışı və forma, reklam, stadion gəlirləri və s.) birbaşa klubun büdcəsində qalacaq.
Victor Osimen transferi üçün banka təminatı gözlənilir
Bu iki maliyyə addımı ilə rəhbərlik həm xərcləmə limitlərini artırdı, həm də Victor Osimhen transferi üçün tələb olunan banka təminatlarını hazırlamaq üçün addım atdı. “Qalatasaray”ın transfer limiti 200 milyon dollara qalxdı.
Rəhbərlik, futbolçu və “Napoli” klubu ilə razılığa gəlib. Lakin rəsmi imzaların atılması üçün bank təminatlarının tam şəkildə hazırlanması tələb olunur.
Bu səbəbdən “Banklar Birliyi”ndən çıxış prosesi bir gün əvvələ çəkildi. Hərəkətli keçən və keçəcək çərşənbə axşamı–çərşənbə günlərindən sonra bu üç mövzudakı müjdələr sabah keçiriləcək Divan Qurumu toplantısında üzvlərə açıqlanacaq.