
Osimen formasına qovuşur
Azarkeşlər ulduz futbolçu sahəyə çıxacağı matçı səbirsizliklə gözləyir
Azarkeşlər ulduz futbolçu sahəyə çıxacağı matçı səbirsizliklə gözləyir
“Qalatasaray”ın yeni transferi bütün zamanların rekordunu qırdı
“Qalatasaray” əfsanələrindən Ederson məsələsinə qoşuldu
“Qalatasaray” Sinqo mövzusunda qətiyyətlidir
“Qalatasaray”dan aşağı yaş qrupu futbolçularına Osimhen qaydası
“Qalatasaray” Barış Alper Yılmaz üçün böyük məbləğ hədəfləyib
Osimen transferinin hələ açıqlanmamasının səbəbi məlum oldu
Sarı-qırmızı klub iki banka olan 35 milyon borcunu ödədi
Keçmiş “Qalatasaray”lı Rusiya şaxtasına niyə dözmədi?
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
İstanbul inlədi
“Qalatasaray” çempionluğunu aslanları ilə qeyd etdi
“Qalatasaray”ın keçmiş ulduzu Kapone çempionluq şənliyində
Çempion “Aslan” İzmirdə ciddiliyini qorudu
“Qalatasaray”ın Laporte iştahası
“Qalatasaray”ın və Türkiyə Millisinin futbolçusu Barış Alper Yılmaz son günlər haqqında çıxan transfer iddialarına münasibətini sosial media hesabından açıqlayıb.
“Qalatasaray”dan ayrılacağı deyilən və komandanın son çempionat oyunlarında forma geyinməyən Barış Alper Yılmaz, sosial media hesabından tezliklə sahədə olacağını və “Qalatasaray” formasını geyinməyə davam edəcəyini bildirdi.
Barış Alper Yılmazın tam açıqlaması:
Əziz “Qalatasaray” ailəm,
“Son günlər şəxsimlə bağlı gündəmin intensiv olmasından duyduğum narahatlıq səbəbindən mövzu ilə bağlı açıqlama verməyim lazım gəldi. Bu vaxta qədər susmağımın mənim üçün zərərli olacağını bilsəm də, “Qalatasaray”ın mənfəətləri üçün həmişə səssiz qaldım, amma indi özümü ifadə etməli olduğumu düşünürəm.”
Əvvəlcə qeyd etmək istəyirəm ki, bir müddətdir sosial mediada şəxsimlə bağlı çoxlu əsassız iddialar yer alır. “Qalatasaray”dan yalnız şəxsi mənfəətlərim üçün ayrılmaq istədiyim və ya məşqləri izləyərkən ayaqlarımı uzatdığım iddiaları, məni tanıyan hər kəsin təxmin edəcəyi kimi, gerçəklə uzlaşmır. Azarkeşlərimizlə aramı pozmaq üçün atılan bu iftiraları qətiyyətlə pisləyirəm. Sarı-qırmızı formamız üçün hər zaman əlimdən gələni etdiyimi ən yaxşı azarkeşlərimiz bilir.
“Türkiyənin transfer rekordunu qırmaq istəyirəm”
Yaşanan proses səbəbindən özümü yaxşı hiss etməməm və komandamıza zərər verməmək üçün baş məşqçimiz Okan Burukun məlumatı daxilində bir müddət məşqlərə qatılmadım. Bunun nəticəsində dedi-qodular və mənə qarşı edilən hücumlar daha da artdı. Mövzuya aydınlıq gətirmək istəsəm, istəyim klubumuzun uyğun görəcəyi şərtlər daxilində Türkiyənin transfer rekordunu qırmaq, Qalatasaray-a böyük gəlir qazandırmaq və həm camiəmi, həm də ölkəmi ən yaxşı şəkildə təmsil etməkdir.
“Öncəlik “Qalatasaray”ındır”
Mən klubumla heç vaxt pul müzakirəsi aparmamışam. Hər nə olursa olsun, əvvəllər də dediyim kimi, mənim üçün öncəlik Qalatasaray-ın mənafələridir. Ancaq Türkiyənin transfer rekordunu qıraraq ölkəmizdən yüksək səviyyədə yola salınmağı gözləyərkən, bugünkü proses məni dərindən üzdü.
Böyük “Qalatasaray” cameəsinin formasını geyinmək mənim üçün həmişə şərəf və qürur olmuşdur. Sahədə də, sahə xaricində də forma ilə bağlı aidiyyətimi hər zaman ən yaxşı şəkildə göstərdiyimi düşünürəm. Bugünkü kimi bundan sonra da sarı-qırmızı formamız altında bir çox çempionluqlar və uğurlar üçün son damla tərimə qədər fədakarca mübarizə aparacağım bilinməsini istəyirəm.
Bu rekord səviyyədə təkliflər bu gün mənə gəlirsə və Barış Alper Yılmaz bu gün dəyərli bir futbolçu kimi görülürsə, şübhəsiz ən böyük səbəb Qalatasaray forması geyinməyimdir. Bu vasitə ilə hər zaman mənə dəstək olan və arxamda duran baş məşçimiz Okan Buruk-a təşəkkürümü bildirirəm. Klubuma, dəyərli məşçimə və komanda yoldaşlarıma qarşı hər hansı hörmətsizlik etmək söz konusu belə ola bilməz.
“Üzr istəyirəm”
Bu yaşanan proses səbəbindən istəmədən gündəmi məşğul etdiyim üçün üzr istəyir və tanıdığınız, sevdiyiniz Barış Alperin ən qısa zamanda bütün həvəsi və forma sevgisi ilə sahələrdə olacağına söz verirəm.
“Əsas “Qalatasaray”dır”
Çempionlar Liqası və liqadakı hədəflərimiz doğrultusunda, siz dəyərli “Qalatasaray”lıların dəstəyinə hər zamankından daha çox ehtiyacımız var. Unutmayın ki, əsas “Qalatasaray”dır. Çiyin-çiyinə böyük uğurlara imza atacağımız və sonda yenidən birlikdə sevinclə qeyd edəcəyimiz bir mövsüm olması diləyi ilə.
Hörmətlə, Barış Alper Yılmaz”