vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
Hamının və heç kimin 16:08 | 19 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hamının və heç kimin

Onlar cəmiyyətin, millətin öz yuvasından çölə atdığı şikəst övladlarıdır

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ərəblər bizim qızlarla...” Dünən dəfələrlə belə başlayan cümləyə rast gəldim. Burada yerində olmayan söz “bizim”dir.

Qədim peşə sahibləri tarixin heç bir dövründə hansısa cəmiyyətə, millətə məxsus olmayıblar. Onlar kollektiv kimliyin qazana bilməyib imtina etdiyi şəxslərdir.

Qədim zamanlarda bu peşə sahibləri “məbəd qadınları” adlanırdı. Onlar tanrıya məxsus idilər. Başlarını örtür, cəmiyyətdən gizlənir, məbədlərdə yaşayırdılar.

Cəmiyyət həyatına qoşulan kimi Babil kralı Hammurapi cəmiyyətdən seçilsinlər deyə qanunla onları soyundurdu.

Bu cür qadınların bir ünvanı var: Hamının və heç kimin!

Onlar cəmiyyətin, millətin öz yuvasından çölə atdığı şikəst övladlarıdır. Onlar kollektiv şüurda ölü zənn edilirlər. Ona görə heç bir xalq, cəmiyyət özünün pozğun qadınlarına vaxt ayırmır. Çünki onları özündən hesab etmir.

Ərəblərlə və ya hər hansı başqalarıyla gün keçirən xanımları zorla “bizimkiləşdirmək” düzgün deyil. Dünyada belə doğmalaşdırma üsulu yoxdur.

Bizimki bizim olana sahib çıxandır!

Təkcə onlar deyil ki, cəmiyyətin imtina etdiyi kişilər də var. Əksər terrorçular, vətən xainləri və s. cəmiyyətin imtina etdiyi kişilərin arasından çıxır. Bu kişilərin də bir ünvanı var: Hamının və heç kimin!

Qədimdə icma imtina etdiyi üzvlərini öldürürdü, bu gün özündən uzaqlaşdırır. Başqalaşdırır.

Bu cür adamların həyatı, əslində, onların cəzasıdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)