
Bundestaqdan ifrat sağçıya zərbə
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Onlar cəmiyyətin, millətin öz yuvasından çölə atdığı şikəst övladlarıdır
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Yaxud seks işçiliyi və qlobal sosial paradiqmaların böhranı
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
(İkinci yazı)
Qorxulu xəstəliklərin səbəbkarları
Almaniyanın paytaxtı Berlində seks işçilərinin rəsmi sayı son bir il ərzində təxminən 50 faiz artaraq 1950 nəfərə çatıb. Bu artım tendensiyası yerli hakimiyyətin və ictimai institutların diqqətini cəlb edib. Məlumat “Berlin Sosial İşlər İdarəsi”nin AfD partiyasından olan bir deputatın sorğusuna cavabında ortaya çıxıb.
Rəqəmlər 2025-ci ilin iyun ayının sonuna aiddir. Cəmi bir il əvvəl, 2024-cü il mayın 31-nə olan statistikaya görə şəhərdə yalnız 1270 nəfər qeydiyyatdan keçmişdi. Beləliklə, Berlində rəsmi şəkildə qeydiyyatda olan seks işçilərinin sayı 12 ayda təxminən 680 nəfər artıb.
Rəsmi statistika real mənzərəni tam əks etdirmir
“Berlin Sosial İşlər İdarəsi”nin nümayəndələri bildiriblər ki, təqdim olunan statistika yalnız qeydiyyatda olanları əhatə edir. Real rəqəmlərin daha yüksək olduğu ehtimal olunur, çünki sektorda çalışanların bir qismi rəsmi qeydiyyatdan yayınmağa üstünlük verir.
Seks işçilərinin əksəriyyəti öz peşələrini “seks işçiliyi” kimi təqdim edir və “fahişəlik” terminindən imtina edirlər. Bunun səbəbi isə “fahişəlik” sözünün mənfi mənalar daşımasıdır.
Ən çox seks işçisi Almaniya, Rumıniya və Ukrayna vətəndaşlarıdır
2025-ci ilin iyun məlumatına əsasən, qeydiyyatda olan seks işçiləri 75 müxtəlif ölkədən gəlmiş şəxslərdir. Onların içində 691 nəfəri Almaniya vətəndaşları, 243 nəfəri Rumıniya, 190 nəfəri Ukrayna, 160 nəfəri Bolqarıstan və 92 nəfəri isə Polşa vətəndaşları təşkil edir.
Şəhərdə seks işçilərinə sosial dəstək və məsləhət xidmətləri göstərən müxtəlif qurumlar fəaliyyət göstərir. Bunlar arasında Kurfürstenştrassedə yerləşən, narkotik maddələrdən asılı qadınlara və seks işçilərinə yardım göstərən “Frauentreff Olga” mərkəzi və eyni zamanda məsləhət və sosial yardım təklif edən “Hydra” adlı təşkilat xüsusilə fərqlənir. “Hydra” həm də kafe funksiyası daşıyır.
Bu dəstək mərkəzləri sosial risk qrupuna daxil olan qadınların hüquqlarının qorunması və insan alverinin qarşısının alınması baxımından əhəmiyyətli rol oynayır.